Azərbaycanda da yayılan leykoz xəstəliyinə qarşı hüceyrə terapiyasının sınaqları bitir.
"Medicina" xəbər verir ki, metastazların da qarşısını alacaq hüceyrə preparatları Türkiyədə hazırlanıb.
İnsanlar üzərində sınaqlar 6 ay davam edəcək.
Tekirdağ l Universiteti Tibb Fakültəsi Hematologiya kafedrasının müdiri Burhan Turqut Limfa sisteminin sümük iliyi, qaraciyər, dalaq və limfa düyünlərindəki ağ hüceyrə qruplarından ibarət olduğunu bildirib.
Limfa düyünləri xərçəngi adlanan lemfomaların qan xərçəngi növləri arasında birinci yeri tutduğunu bildirib.
Xalq arasında "ağıllı dərmanlar"kimi tanınan yeni nəsil dərmanlarla qan xərçənglərin təxminən yüzdə 95-i sağalır.
Yeni növ müalicədə xəstədən və ya donordan periferik qan hüceyrələri aferez adlı cihazla toplanır, toplanan hüceyrələr dondurulur. Bu hüceyrələrin geni dəyişdirilərək döyüşçü hüceyrələrə çevrilməsi baş verir.
Gen terapiyası kateqoriyasında nəzərdə tutulan CAR T hüceyrələri tərkibli preparatlar olduqca bahalıdır və xaricdən alınmalıdır.
Ona görə Türkiyədə milli istehsalın olması mütləqdir.
Aygün Musayeva