Qan xərçəngi də çox vaxt gec diaqnoz olunan xəstəlikdir.
Çox insanlar qanda xərçəngdən heç şübhələnmir və əlamətləri də bilmir.
“Medicina” xəbər verir ki, qan xərçəngi dedikdə limfoma, leykoz və mieloma nəzərdə tutulur. Leykemiya – leykositlərin, ilik xəstəliyidir.
Limfoma – limfa sisteminin xərçəngidir. Mieloma isə sümük iliyində yaranır.
Onkoloq Andrey Vorobyev yüz minlərlə insanda diaqnoz olunmuş qan xərçənginin erkən əlamətrini sadalayıb.
“30% hallarda qan xərçəngi xəstə vəziyyəti pisləşib ekstren hospitalizasiya olunanda üzə çıxır. 40% xəstə 5 illik dövrü yaşayır.
Anemiya və trombositlərin aşağı düşməsi şübhə yaratmalıdır.
Yanaşı əlamətlər:
- Səbəbsiz çəki itkisi
- Çox yorğunluq
- Bədəndə tez yaranan göyərmələr
- Bənizin ağarması, avazıması
- Limfa düyünlərinin şişməsi
- Tərləmələr
- Qızdırmanın qalxması
- Dəridə qaşınma, səpki
- Səbəbsiz ağrılar
Eləcə də gecikmiş mərhələdə qan xərçəngi beyinə təsir edə bilər, tez –tez baş ağrıları və qıcolmalar yaranır”.
Aygün Musayeva