Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qan vermədən öncə bunları etməlisiz - QADAĞALAR

  • 2022.06.13 17:15
  • 3598 Baxış
Qan vermədən öncə bunları etməlisiz -  QADAĞALAR
14 iyun dünyada Qan donoru günüdür.


Qan donorları Assosiasiyasının sədri Fuad Əsgərov qanverməninn orqanizmə faydalarından danışıb.

Medicina.az xəbər verir ki, o, qan verməzdən öncəki gün bəzi qaydalara əməl etməli olduğumuzu da deyib.


“Sağlamlıq imkanı icazə verən hər kəs qan donoru ola bilər. Qanvermə çox humanist bir addımdır və addıma qərar verən insanlara böyük hörmətlə yanaşırıq. Amma donor olmaq üçün boy ölçüsü və çəki əhəmiyyət kəsb edir.

Boyu 160-dan yuxarı, çəkisi 60 kq-dan yuxarı olan insanlar eyni zamanda qan xəstəliyinə (viruslar) malik olmayan şəxslər rahatlıqla qan bankına yaxınlaşıb qanvermədə iştirak edə bilər. Qeyd etmək lazımdır ki, qanvermənin insan sağlamlığına böyük faydası var.

Çünki bütün bədən hüceyrələri yenilənir və yeni qan orqanizmdə daha yaxşı dövr edir. Kişilər ildə 3 dəfə xanımlar isə 4 dəfə rahatlıqla könüllü qanverməyə qatıla bilərlər.


İlk öncə qan verməyə gedən insan tam yuxu ehtiyacını almalıdır. 48 saat ərzində spirtli içki qəbul etmiş insanın qan verməsi düzgün deyil. Qan verən insan qidalanıb qanvermədə iştirak etməlidir. Əks halda qanvermədən sonra ürəkgetmə ola bilər. Əgər donor yaxın üç ay ərzində qan veribsə ona yenidən qan vermək olmaz. Bu onun sağlamlığına ziyandır.

Hamilə qadınlara və yeni tibbi əməliyyat olunmuş insanlara qan vermək qadağandır. Digər hallarda qan vermə aksiyalarına rahatlıqla qatılmaq olar”. /aztibb.az/