Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qan, sidik, hormonlar, D vitamin: Hər il verməli olduğunuz analizlər - 30% endirimlə

  • 2024.11.18 15:39
  • 428 Baxış
Qan, sidik, hormonlar, D vitamin:  Hər il verməli olduğunuz analizlər  - 30% endirimlə

Xəstəliyi önləmək, qarşısını almaq daha asandır, nəinki müalicə etmək.

Ona görə də bəzi analizlər var ki, onları müntəzəm verərək, orqanizminizin vəziyyətindən xəbərdar ola bilərsiniz.

Medicina.az il ərzində heç olmasa bir dəfə aşağıdakı analizlərə verməyin vacib olduğunu bildirir.

1. Qanın ümumi analizi – CRP ilə birgə

Bu ən yaxşı, geniş diaqnostik analizdir. Orqanizmdə ümumi dəyişikliklər, qanın ümumi vəziyyəti, qanazlığı, ürək problemi, iltihab, ağciyər xəstəlikləri, hətta xərçəngi də göstərə bilir.



2. Qanın biokimyəvi analizi

Bu analiz xəstəliklər zamanı verilir. Mədəaltı vəz, öd. qaracyər, endokrin sistemin vəziyyətini göstərir. Şəkərli diabeti də görmək olur. Mütləq ildə 1 dəfə verilməlidir.

3. Sidiyin ümumi analizi

Orqanizm və sidik sistemi barədə 20 göstəricini özündə birləşdirir. Böyrəklər, ürək, virus infeksiyaları, nefrit, hipertemiya və s. göstərir.

4. QİÇS və hepatitlər analizi

QİÇS (VİÇ) və hepatit B, C analizləri mütləq hər il verilməlidir. Çünki bu xəstəliklər əlamətsiz başlayır və orqanizmdə hüceyrələri məhv edir, qaraciyər çatışmamazlığına səbəb olur

5. Qalxanvari vəz hormonal analiz - kişi və qadınlar üçün

Qadınların sevimli analizi olmalıdır. Sinir sistemi, yod defisiti, hormon əskliyi, artıqlığı, hamiləlikdən öncə,sonrakı vəziyyəti göstərir. Hormonlar bütün bədəni idarə edir. Çox xəstəliklər onlardan asılıdır.

6. Koproqramma

Ümumi nəcis analizi. Bağırsaq xəstəlikləri, həzm, bağırsaq mikroflorası pozulmasını, iltihabını göstərir. Bu analizdən 1 həftə öncə antibiotik qəbulunu dayandırmaq lazımdır.
İstənilən ciddi xəstəlik zamanı bu analiz verilməlidir

7. Onkomarkerlər

Bədxasəlli şişlərin növlərinə görə müxtəlif onkomarkerlər verilir. Şişlər zamanı qanda bu markerlər artır.

40 yaşdan sonra hər kəs ildə 2 dəfə 6 aydan bir verməlidir.

Bu kimi analizləri müasir və dəqiq laboratoriyada vermək diaqnozun düzgün qorulması üçün əsas şərtdir.


Bakının ən böyük xəstəxanalarından biri Respublika Diaqnostika Mərkəzində noyabrın 30-na qədər bütün laborator analizlərə endirim elan olunub.


Bütün analizləri 30% endirimləı verə bilərsiz, həmçinin endirimli həkim qəbulundan istifadə edə bilərsiz.

İstər uşaqlar, istər böyüklər üçün RDM qapılarını açıb:

Telefon
qaynar xətt: 913
+994 50 229 81 90

20 Yanvar m/st., Tbilisi prospekti, 147.
Metroya yaxın