Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qan qusmaq qaraciyərdən də ola bilər

  • 2022.11.16 15:33
  • 18934 Baxış
Qan qusmaq qaraciyərdən də ola bilər

Qanlı qusuntu çox zaman ağciyər, mədə və s. qanaxma, xərçəngi, vərəminə şübhə yaradır.


“Medicina” xəbər verir ki, alkoqola bağlı qaraciyər zədələnməsi zamanı bir neçə simptomdan biri də qanlı qusmadır.

Baxmayaraq ki, qaraciyər toxuması öz-özünü bərpa edə bilir, aşırı dərəcədə yüksək dozada və keyfiyyətsiz alkoqol onu bərpaolunmaz vəziyyətə gətirə bilər.

Hepatoloq həkim Alla Yujnova bildirib ki, qaraciyər artıq ciddi zədələndikdə qanlı qaytarma baş verir. Bu zaman qan qara, al qırmızı, qəhvəyi rəngdə olur. Çox zaman bunu həkimlər mədə qanaması kimi dəyərləndirir, amma mədədə bir şey çıxmadıqda, qaraciyər təsdiqlənir.

Bu zaman xəstə artıq xəstəxanada müalicə almalıdır.


Qaraciyərin kəskin zədələnməsinin digər əlamətləri:

- Hansızlıq
- Başgicəllənmə
- Zəflik, gücsüzlük
- Soyuq, yapışqan dəri
- Qarında ağrı
- Qara nəcis

Eləcə də qanlı qusma daxili qanaxma zamanı ola bilər.

Aygün Musayeva