Qan qrupları ilə əlaqədar olan araşdırmalar daha çox yapon alimlərinə məxsusdur. Hələ 1931-ci ildə yapon alimi Furukava Takeşi qan qrupu ilə fərd arasında əlaqə olduğu ehtimalını irəli sürmüşdü. Yaponlar bir-birilə tanış olarkən verdikləri suallar içində ən populyar olanı "qan qrupun hansıdır?” sualıdır. Onların fikrincə, qan qrupu insan xarakterini və fərdi keyfiyyətlərini müəyyənləşdirir.
I qrup
I qan qrupuna aid olanlarda həzm prosesi yaxşı gedir, amma yeməklərdə kəskin dəyişikliklər onlara pis təsir edir.
Menyu: Brokkoli kələmi, ispanaq, qırmızı soğan, qırmızı bibər, baş kələm, qabaq, cəfəri, kəvər, zeytun, bostan kələmi, mal əti, quzu əti, dana əti, balıq və dəniz məhsulları, yodlaşdırılmış duz və qaraciyər. Həmin qidalarla gündə 3-5 dəfə qidalanmaq olar.
Yemək olmaz! Un məmulatları, süd, mərci, yerfındığı yağı, lobya, brüssel kələmi, gül kələmi və şampinyon.
Fiziki hərəkətlər: Aerobika, qaçış, gimnastika, velosipeddə gəzmək.
Səhər yeməyi
Alma cemi ilə 1 dilim quru çörək, ilıq bişmiş yumurta, 1 stəkan ananas şirəsi
Nahar
Yaşıl üzümlə qaynadılmış toyuq filesi, qoz, yoqurt
Qəlyanaltı
Qaynadılmış düyü, 1 stəkan meyvə şirəsi
Şam yeməyi
250 qram balıq, qaynadılmış brokkoli kələmi və yaşıl çay
II qrup
II qan qrupundan olanlar ilk vegetarianlar adlandırılır. Onların əsas pəhriz növü də vegetariansayağı olmalıdır. Əsasən təzə tərəvəzlər və meyvələrə üstünlük verilməlidir.
Menyu: Balıq, tərəvəz (şampinyon, kələm və badımcandan başqa), meyvələr (banan, naringi, yemişdən başqa) yemək olar. Gün ərzində 3-5 dəfə qida qəbul etmək lazımdır.
Yemək olmaz! Ət, pendir, ağ undan hazırlanmış çörək.
Fiziki hərəkətlər: Yoqa, qolf, tez-tez piyada gəzmək, üzgüçülük, aerobika.
Səhər yeməyi
Südlə qarışdırılmış 4 qaşıq qarğıdalı yumruları, meyvə və meyvəli çay
Nahar
Kahı, qırmızı soğan, kərəviz, xiyar, təzə nanə, sous və limon şirəsi, 1 hissə quru çörək, yaşıl çay
III qrup
III qan qrupuna aid olanların süd məhsullarına üstünlük vermələri məsləhət görülür. Çox nadir hallarda onlarda artıq çəki problemi olur, amma çox kalorili yeməklərdən uzaq olmaları məsləhətdir.
Menyu: Kök, brüssel kələmi, gül kələmi, qırmızı bibər, şəkər çuğunduru, badımcan, quş əti, qaraciyər, dəniz və süd məhsulları.
Yemək olmaz! Toyuq əti, qoz, mərci, qabaq, zeytun, kokos, buğda unundan hazırlanmış məhsullar, rəvənd.
Fiziki aktivlik: Aerobika, tennis, piyada gəzmək, velosiped sürmək, üzgüçülük, qaçış.
Səhər yeməyi
Süddə bişmiş 3 qaşıq düyü, ilıq bişmiş yumurta, yaşıl çay
Nahar
Soyutma ət, kahı, meyvəli çay və ya kofe
Qəlyanaltı
Meyvəli yoqurt
Şam yeməyi
50 qram balıq, yoqurt
IV qrup
Alimlərin "tapmaca” adlandırdıqları ən cavan qan qrupu olan IV qan qrupunun əmələ gəlməsini müxtəlif qan qrupuna məxsus insanların birləşməsi ilə əlaqələndirirlər. Həzm sistemləri çox həssasdır. Bu qrupdan olan insanlara daha çox tərəvəzli pəhriz məsləhət görülür.
Menyu: lobya, yaşıl tərəvəzlər, quş əti, yoqurt, pendir, makaron, balıq, ananas.
Yemək olmaz! Donuz əti, kərə yağı, süd, qırmızı bibər, turp, banan, armud, buğda unundan hazırlanmış məhsullar.
Fiziki hərəkətlər: Yoqa, velosiped sürmək, tez-tez piyada gəzmək.
Səhər yeməyi
Bir stəkan su ilə qarışdırılmış limon şirəsi, 2 dilim quru çörək, kofe və ya bitki çayı
Nahar
Qızardılmış hind quşu filesi, qaynadılmış gül kələmi və yaşıl çay
Qəlyanaltı
Az kalorili meyvəli yoqurt
Şam yeməyi
Qaynadılmış balıq, sarımsaqlı təbii yoqurtdan hazırlanmış sous.