Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qan qatılaşmasının - 2 vacib əlaməti

  • 2023.04.27 16:51
  • 2952 Baxış
Qan qatılaşmasının    - 2 vacib əlaməti
Barmaqlarda qıcıolmalar, donmalar və baş ağrıları qan qatılaşmasının əlaməti ola bilər.

“Medicina” xəbər verir ki, həkim – hematoloq Svetlana Bıçkovanın sözlərinə görə, qanın qatılaşması qan axınının sürətinin damarlarda azalmasından xəbər verir.


Qanın qatılaşmasının digər fərqləndirici xüsusiyyəti qandan analiz götürülən zaman onun sürətli laxtalanmasıdır.

“Qan "maye"dən (plazma) və müxtəlif hüceyrələrdən (leykositlər, eritrositlər, trombositlər və s.) ibarətdir. Hüceyrələr qana müəyyən qatılıq verir. Bu qatılıq müxtəlif səbəblərə görə (susuzlaşma, bəzi xəstəliklər və s.) artdıqda, qanın daşınma funksiyası pozulur.

Nəticədə qan orqan və sistemləri oksigenlə daha pis təmin edir. Bu isə müxtəlif pozulmaların inkişafına təkan verir.

Eyni zamanda, vacib orqanların kiçik damarları mikrosirkulyasiya pozğunluğuna məruz qalır. Beləliklə, tromboz ürək, beyin, böyrəklər, ağciyərlərdə yaranır, infarkt, insult, ağciyər emboliyası təhlükəsi yaradır.

Bəzi dərman preparatlarının qəbulu, məsələn, hamiləlik əleyhinə dərmanların qəbulu da qanın qatılığını artırır.
Qanın qatı olması (hiperkoaqulyasiya) xəstəlik olmasa da müxtəlif pozulmaların səbəbi ola bilər. Bu səbəbdən hiperkoaqulyasiya aşkar olunduqda, bunun səbəbi araşdırılır və xəstəyə xüsusi qandurulaşdırıcılar təyin edilir.

Günay Quluzadə