Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qan laxtalanmasının əsas səbəbləri

  • 2023.05.04 21:50
  • 11846 Baxış
Qan laxtalanmasının əsas səbəbləri
Tromboz təhlükəli bir xəstəlikdir. Vaxtından əvvəl ölümə səbəb olur. Eyni zamanda, qanın laxtalanması bədənin qoruyucu reaksiyasıdır.


“Medicina” xəbər verir ki, həkim – kardioloq Yuri Pikşanın sözlərinə görə, laxtalanma ən çox xəsarətlərdən, təzyiqin yüksəlməsindən, iltihablardan, cərrahi müdaxilələrdən və bədənin hərəkətliliyinin uzun müddət məhdudlaşdırılmasından sonra baş verir.

“Tromb, damarın ağzını bağlayır, qan axını pozur. Belə xəstələrin bir çoxunda genetik faktora bağlı qan laxtalanma riski vardır. Onlarda trombofiliya xəstəliyi yaranır.

İlk simptomlar - ayaqlarda hörümçək toru damarları yaranarsa, ayaqda bir hissədə tünd göyərmə olarsa, ödem və s. zamanı cərraha müraciət etmək lazımdır.

Eləcə də həyati təhlükəli əlamətlər varsa, məsələn, döş qəfəsində yanma, nəfəs darlığı, nitq pozğunluğu, üz asimmetriyası, təcili yardım çağırmaq lazımdır.


İnsan çox tərləyirsə, döş sümüyünün arxasında, başın arxasında, döş qəfəsində ağrılar müşahidə olunursa, bu trombun qopması əlaməti hesab edilir. Bu zaman gecikmədən mütləq həkimə müraciət etmək lazımdır”.



Aygün Musayeva