Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

yaradan səbəblər - TÜRKƏÇARƏ ilə müalicəsi Qan azlığının əlamətləri:

  • 2018.09.18 16:02
  • 26474 Baxış
 yaradan səbəblər - TÜRKƏÇARƏ ilə müalicəsi  Qan azlığının əlamətləri:
Baş gicəllənməsi, zəiflik, yorğunluq, yuxusuzluq, saç tökülməsi, həzmin pozulması amilləri qan azlığının əlamətidir.


Medicina.az xəbər verir ki, bu əlamətlərin əsas səbəbi isə orqanizmdə dəmir, fol turşusu və B12, B9 vitamini çatışmazlığıdır. 


Qan azlığı, yəni anemiya müalicə olunmadığı zaman ciddi xəstəliklərə səbəb ola bilər. Anemiya olan şəxslər ( xüsusilə, bel, qarın nahiyyəsi, böyrək və ayaqlar) abqora(üzümün yetişməmişindən hazırlanmış maye) sürtməli, sonra günəş vannası qəbul etməlidir. Qan azlığı olan uşaqların isə hər gecə yatanda kürəyinə zeytun və qara çörəkotu yağı sürtmək məsləhətdir. 


Sizə ən asan qan yaratmağa köməkçi olan qidaları təqdim edirik:


• Ağ, yağlı pendiri rəndədən keçirin, qoz ləpəsi, 4 ədəd sarımsaq, 4 x.q zeytun yağını 4 ədəd yumurtanın sarısı ilə qarışdırıb gündə 3 dəfə 1x.q içmək lazımdır.


• Kök şirəsi 1 stəkan, çuğundur şirəsi 1 stəkan (2 saat soyuducuda saxladəndan sonra ), bal 1x.q.


Bunları qarışdırıb 2 yerə bölməlisiniz və səhər-axşam içməlisiniz.


• 3 kq. qara gilas (öküz ürəyi ), 1 kq şəkər. Onları şüşə qabda, kölgədə qalxıb şişənədək saxlamaq lazımdır. Qan azlığından əziyyət çəkən uşaqlara gündə 1 çay qaşığı, böyük uşaqlara 1 xörək qaşığı, böyüklərə 50 qr içirmək məsləhətdir.


• 0.5 kq qırmızı soğan, 0.5 kq şəkər. Onları mürəbbə kimi bişirib gündə 2-3 xörək qaşığını bir stəkan suya töküb içmək olar.


• 200 qr. nar şirəsi, 100 qr limon şirəsi, 100 qr kök şirəsi, 100 qr çuğundur şirəsi, 70 qr balı qarışdırıb soyuducuda şüşə qabda saxlamaq və gündə 3 dəfə 2 x.q yeməkdən qabaq qəbul etmək də qan azlığından əziyyət çəkənlərə kömək edir.


• Küncüt yağını səhər-axşam 1 ç.q ac qarına uşağa içirmək lazımdı. Tərkibində kalsium olduğu üçün uşağı masaj etdikdə, sümüklərin möhkəmlənməsinə çox gözəl təsir edir. Bunu 10 gün etmək lazımdır.


• Gicitkanın şirəsini çıxarıb soyuducuda saxlamalı, gündə 3 dəfə 1 çay qaşığı qəbul edilməlidir. Gicitkan qan qatılaşdırır, buna görə də 1 dilim limonla qəbul etmək lazımdır.