Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qan azlığını aradan qaldırır, qaraciyərin dostudur - Doşabın FAYDALARI

  • 2020.01.16 14:18
  • 28562 Baxış
Qan azlığını aradan qaldırır, qaraciyərin dostudur -   Doşabın FAYDALARI
Bəkməzdə (doşab) baldan 8 dəfə çox dəmir var. Bəkməz qan azlığı, mineral çatışmazlığı, saç tökülməsi kimi problemlər zamanı köməyimizə çatır.

Medicina.az xəbər verir ki, bəkməz başdan-başa bir mineral qaynağıdır. Əgər bənizi solmuş, qanı az olan birisini görsəniz, ona gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı bəkməz içməsini söyləyin. Cəmi 15-20 gündən sonra həmin insanın necə dəyişdiyini görəcəksiniz. Təsəvvür edin ki, 1 xörək qaşığı tut bəkməzini içmək 1 stəkan tut yeməyə bərabərdir, yəni 1 stəkanın içindəki minerallar 1 xörək qaşığına yığılmışdır. Bəli, bəkməz təzə meyvənin yerini verə bilməz. Çünki bişəndə bəzi vitaminlər (hansı ki, suda həll olur) parçalanır, amma yağda olan vitaminlər və minerallar parçalanmır.

Bəkməz qan azlığında, soyuqdəymələrdə, bronxitlərdə (çox yaxşı bəlğəmgətiricidir), qaraciyər xəstəliklərində, halsızlıqda, immunitet zəifliyində, sümük əyilmələrində və əriməsində (kalsium çatışmazlığında osteoporoz), ağız-boğaz yaralarında (ağızda bir müddət saxlanılır, sonra udulur) insan orqanizminə çox güclü təsir edir. Tut bəkməzində sink çox olduğunda prostat problemi olanlar üçün çox faydalıdır. Bəkməz böyüməkdə olan uşaqlarımız üçün də mükəmməl qidadır. Uşaqların minerallara daha çox ehtiyacı var. Bəkməz qan damarlarının içini yağlardan təmizləyir, bununla da ürək və qaraciyərin daha yaxşı işləməsinə şərait yaradır.

Başdan-başa enerji mənbəyi olan doşaba "qaraciyərin dostu" desək, yanılmarıq. Bu nemət həm də dalaq böyüməsində faydalıdır. Şəkər xəstələri doşabı çox az istifadə etməlidirlər. Yaxşı olar ki, turş nar bəkməzindən istifadə etsinlər.


Əncir bəkməzi ürəyi zəif olanlar, tez-tez qıcolmaları olanlar, öskürəkdən, babasildən əziyyət çəkənlər üçün faydalıdır. Ürəyin vurma gücünü artırır. Dəridə səpmə və ləkələri olanlar üçün də faydalıdır.

Tut bəkməzi daha çox istifadə olunur. Belə deyək, bəkməzlərin şahıdır. Ana südünü artırır, böyrək və sidik yollarının həm daş xəstəliyində, həm də iltihabi xəstəliklərində faydalıdır, əsəbləri sakitləşdirir, uşaqlarda beyin inkişafını sürətləndirir, mədə-bağısaq yaralarında çox faydalı olmaqla yanaşı, ağciyər xəstəliklərinə də müsbət təsir edir. Bəkməzi su ilə də qarışdırıb içə bilərsiniz.