Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qan azlığından xilas olmaq üçün yemək - Hazırlanma qaydası

  • 2019.04.25 11:07
  • 21785 Baxış
Qan azlığından xilas olmaq üçün yemək -  Hazırlanma qaydası

Paxlalı bitkilər  də zülal qaynağı hesab olunur. Orqanizmdə minerallar və dəmir əksikliyinin qarşısını alır.

 

Medicina.az sizə qan azlığı ilə güclü mübarizə aparan yemək reseptini təqdim edir.


Bir kilo lobyanın üzərinə çıxana kimi su əlavə edin. Orta temperaturda 10 dəqiqə qaynadın. Yarım çay stəkanı duru yağı qazanda qızdırın. Bir ədəd doğranmış  orta ölçülü soğanı və iki diş əzilmiş sarımsağı qarışdırıb yağa əlavə edin, sarımtıl rəng alana qədər qovurun. Kub şəklində doğranmış kartofu və iki yerkökünü də yağ-soğanın içinə əlavə edin. Ardınca isə bir çay qaşığı tomat da vurub, qovurmağa davam edin. Bir az bişdikdən sonra qaynadılmış lobyaları qazana tökün. Üzərinə isə iki ədəd doğranmış pomidor, bir çay qaşığı duz, eyni miqdarda da şəkər tozu qatıb qarışdırın. Üstünə çıxana kimi su töküb, vam odda bişməyə qoyun. Ağzı bağlı qazanda suyu lap az qalana kimi qaynadın. Süfrəyə təqdim etdikdə, bu ləziz təamın üzərinə xırda-xırda doğranmış cəfərini əlavə edin.


Nuş olsun!