Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qan azlığı, xərçəng, diabet, infarkt… - BİR GÖBƏLƏYİN MÖCÜZƏSİ

  • 2019.05.22 16:20
  • 18153 Baxış
Qan azlığı, xərçəng, diabet, infarkt…  - BİR GÖBƏLƏYİN MÖCÜZƏSİ
Quzuqarnı göbələyi təbii  və şəfalı göbələk növüdür.
Mövsümü yaz aylarında olur. Məhz bu möcüzəvi qida vasitəsi qan azlığının həll yoludur.

 

 

Medicina.az quzuqarnı göbələyinin faydaları haqqında ətraflı məlumatı təqdim edir.

Bu göbələk növü digərlərindən dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə fərqlənir. Nadir tapılan quzuqarnı göbələyinin faydası saymaqla bitmir.

 

 
•    Orqanizmin müqavimətini artırır •    Qan təzyiqi tənzimləyir •    Xərçəngdən qoruyur •    İmmuniteti gücləndirir •    Anemiyaya yaxşı təsir edir •    Diabetdə müsbət təsiri var •    Görməni yaxşılaşdırır •    Qaraciyərin funksiyasını stimullaşdırır
•    Ürəyi xəstəliklərdən qoruyur

 

 

El arasında quzuqarnı adlanan göbələk növü Xaçmaz və Şabran rayonlarının meşəliklərindən martın ikinci ongünlüyündən başlayaraq toplanır. Quzuqarnı mövsümü aprelin ortalarınadək davam edir.

 

 

 

 

YÜKSƏK QİDA DƏYƏRİ VAR

 

 

Qida dəyəri yüksəkdir. Tərkibində B1, B2 və C vitaminləri boldur. Yüksək miqdarda Kalsium, Natrium, Sink və Kalium ehtiva edir.

 

 

İMMUNİTET SİSTEMİNİ GÜCLƏNDİRİR

 

 

Quzuqarnı göbələyi immunitet sistemini gücləndirir. Davamlı yeyildikdə orqanizmi bütün zərərli mikroorqanizmlərdən qoruyur.

 

 


 

QAN AZLIĞININ HƏLLİ

 

 

Qan azlığı olan anemiya xəstəliyinin müalicəsində olduqca təsirlidir. Orqanizmdə dəmir çatışmazlığının səbəb olduğu qan azlığı uzun müddət davam etdikdə ağır nəticələrə səbəb olur. Dərman müalicəsi ilə yanaşı quzuqarnı yemək labüddür. Çünki bəhs edilən xəstəliyin müalicəsində faydalı qida vasitəsidir.

 

 

XƏRÇƏNGƏ QARŞI QORUYUR

 

 

Quzuqarnı göbələyinin tərkibindəki Niasin, yəni B3 vitamini  və Selen elementi xərçəngə qarşı böyük təsirə malikdir. Bu maddələr xüsusi ilə prostat xərçəngini önləyir. Prostat xərçəngi riski olanların quzuqarnı yemələri tövsiyə olunur.

 

 

ŞƏKƏRLİ DİABETƏ YAXŞI TƏSİR EDİR

 

 
Diabetdən əziyyət çəkənlər üçün ən yaxşı qida vasitələrindən biri məhz quzuqarnıdır. Ən təbii üsul olan quzuqarnı, qandakı şəkəri balansda saxlayır.
 

ÜRƏYİ QORUYUR, QARACİYƏRİN FUNKSİYASINI NİZAMA SALIR

 

 

Quzuqarnı göbələyinin qaraciyər və ürək xəstəliklərinə qarşı qoruyucu təsiri olduğu bilinir. Davamlı istifadə edildikdə qaraciyərin funksiyasını stimullaşdırır.

 

 

 

 

GÖZ SAĞLAMLIĞINI QORUYUR

 

 

B2 vitamini əskikliyi katarakt kimi göz xəstəliklərinə səbəb olur. Quzuqarnı  göbələyində bol miqdarda B2 vitamini var. Buna görə də gözlərinizin sağlamlığını quzuqarnı yeməklə qoruyun.

 

 

Qeyd edək ki, 20-25 gün ömrü olan quzuqarnını istixana şəraitində yetişdirmək qeyri-mümkündür. Quzuqarnı göbələyinin konservləşdirilmiş halda satışı da yoxdur.

 

 

 
Qan azlığı, xərçəng, diabet, infarkt…  - BİR GÖBƏLƏYİN MÖCÜZƏSİ
Qan azlığı, xərçəng, diabet, infarkt…  - BİR GÖBƏLƏYİN MÖCÜZƏSİ
Qan azlığı, xərçəng, diabet, infarkt…  - BİR GÖBƏLƏYİN MÖCÜZƏSİ
Qan azlığı, xərçəng, diabet, infarkt…  - BİR GÖBƏLƏYİN MÖCÜZƏSİ