Protein baxımından zəngin qidalardan biri məhz heyvan ciyəridir. Tərkibi vitamin B və dəmir baxımından zəngindir. Bu baxımdan az qan və hemoqlobin probleminin ən yaxşı həll yollarından biri də ciyər yeməkdir.
•İlk öncə geniş şüşə qab götürüb içərisinə təxminən bir stəkan ağ un tökün. 1 çay qaşığı duz, eyni miqdarda da soda əlavə edib yaxşıca qarışdırın (soda ciyərin yumuşaq bişməsinə kömək edir).
• Daha sonra kvadrat formasında doğranmış qaraciyəri un olan qaba tökün
• Ciyəri yumaq olmaz. Qandan xilas olmaq bir saat əvvəlcədən süzgəcli qabda saxlayın ki, qanı tamamilə axsın.
• Ciyəri unda qarışdırıb, ələkdən keçirin ki, un az miqdarda ciyərə bulaşsın. Unlu ciyəri bir az kasada saxlayın .
•Daha sonra bir su bardağı maye yağı tavaya əlavə edin. Yağı çox dağ etməyin.
•Əgər çox qızdırılmış yağın içərisnə töksək, ciyərlər möhkəm olacaq.
•Taxta qaşıqla ciyərləri asta-asta qarışdırırıq. Bişənə yaxın çay qaşığı qırmızı istiot və toz halda keşniş toxumu əlavə edirik.
•Eyni zamanda digər tərəfdə qzıdırlmış yağlı tavaya kvadrat formada doğranmış iki kartofu qızardırıq.
•Qızaran ciyərlərin yağını süzərək tavadan kasaya qoyuruq.
•2 ədəd qırmızı soğanı çox qalın olmamaq şərtilə doğrayır, əlavə edib, bir az qovururuq.
•Acısı çıxan soğanın üzərinə bir çay qaşığı sumax və yarım dəstə doğranmış cəfərini əlavə edib qarışdırırq.
•Süfrəyə təqdim etmək üçün orta böyüklükdə qabda ciyəri, kartofu və soğanlı, göyərtili qarışığı birləşdirirk.
•Eyni reseptlə böyrək qovurması da hazırlamaq qan azlığına müsbət təsir edir.