Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Qan analizində kalsiumun yüksək çıxması, hələ norma demək deyil” – Azərbaycanda çox həkimlərin etdiyi səhv

  • 2020.02.05 16:39
  • 7591 Baxış
"Qan analizində kalsiumun yüksək çıxması, hələ  norma demək deyil” –  Azərbaycanda çox həkimlərin etdiyi səhv


Azərbaycan əhalisinin əksəriyyətində uşaqdan böyüyə D vitamini azlığı var. Buna bağlı olaraq da, kalsium, fosfor defisiti realdır. İnsanlar həkim məsləhəti ilə bu analizləri verir, baxmayaraq ki, özəl klinikalarda vitamin və mikroelement analizləri heç də ucuz deyil. Amma gəl ki, analiz verilsə də, onu düzgün təhlil edən azdır.

Medicina.az xəbər verir ki,analizində kalsium kimi vacib element yüksək və hətta normadan artıq çıxanlar sevinməsin. Çünki normal savadlı həkim bu analizə əsasən kalsium defisitinin olmamasından əmin olmaz.

Bu barədə revmatoloq- terapevt, doktor İradə Rəhimova maraqlı açıqlama verib.

“Əgər xəstənin qan analizində kalsium çox və yüksək çıxıbsa, həkim və xəstə sevinməyə tələsməməlidir. Bunu görən kimi həkim deyir, kalsium yaxşıdır, sizə kalsium lazım deyil. Əgər qanda kalsium yüksək çıxırsa, ondan şübhələnmək lazımdır ki, deməli sümüklərdə kalsi azdır, qan onu belə deyək, sümükdən yuyub çıxarır. Ona görə analizdə yülsək çıxır. Sümüklərdə kalsiumun normada olmasını dəqiqləşdirmək lazımdır.

Azərbaycanda 80% əhalidə kalsium normada ola bilməz. Çünki düzgün qidalanmırlar və günəş işığında bədənin müəyyən hissələri açıq gəzmirlər.

Yaşlılarda kalsium çatışmazlığına bağlı sümük, diz, oynaq ağrıları, osteoporoz zamanı həkimlər çox zaman diprospan iynəsi yazır. Amma hər ayağı bir az ağrıyan xəstəyə bu iynəyi qətiyyən təyin etmək olmaz. Avropada bu hallarda çox gözəl bir dərman var- Ostiongimon təyin olunur. Onun tərkibində həm fosfor, həm də kalsium var. Bizdə həkimlər bu dərmanları yazmır, çoxu da bilmir. Nə yazırlar? Adi kalsium tablet, sirop, vitamin tabletləri, hansı ki, onlar adi uşaq dərmanlarıdır”.


Həkim kalsium, fosfor üçün yaxşı qidalanmağın vacib olduğunu bildirib.

“Hər gün bolluca meyvə, tərəvəz yeyilməlidir. Xaş yeyilməlidir. Xaşdakı,toyuqdakı sümüklərin içində orqanizmə lazım olan bütün maddələr var. Ən gözəl kalsium mənbəyi ağ küncütdür. Onu gündə bir ovuc yeyin.

Günəş altında olmaq lazımdır. Qapalı geyinib küçədə gəzməklə də D vitamini əldə etmək olmur. Eləcə də idman, gimnastika etmək lazımdır ki, qan dövranı yaxşılaşsın”.