Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qan analizi verərkən olunan səhvlər - Qaydaları bilmirik

  • 2018.03.15 17:44
  • 101622 Baxış
Qan analizi verərkən olunan səhvlər -  Qaydaları bilmirik
İstənilən problem üçün istənilən həkimə getdikdə ilk növbədə qan analizi veriməsi istənilir. Ən müxtəlif xəstəliklərin diaqnozu analizlərlə qoyulur. Bəzən bir klinikada bir nəticə, digərində ayrı nəticə olur. Ümumiyyətlə, pasiyentlər doğru-düzgün analiz verməyin qaydalarından bixəbərdir.

 

Həkimlər isə eləsi var bu barədə məlumat verir, eləsi də var xəstə saat 3-də klinika gəlməsinə baxmayaraq müəyyən qaydaları gözləmədən analizə göndərir. Halbuki hər analizin verilmə vaxtı və şərtləri var. Bunlara riayət etmədən düzgün nəticə və doğru diaqnoz almaq mümkün deyil. 

 

Medicina.az  həkim terapevt Aqşin Salmanovdan qan və digər analizlərin vacib qaydalarını öyrəndi. Həkim bunlara diqqət yetirməyin vacibliyini bildirdi. Pasiyent özü bu informasiyanı bilsə bəzən həkimin səhvinin qarşısını ala bilər. 

 

Analiz vermədən öncə hər kəsin riayət etməli olduğu şərtlər:


1. Qan analizini səhər-səhər acqarına, son qida qəbulundan 8-10 saat keçdikdən sonra vermek məsləhətdir. Bəzi analizləri: (AKTH, STH, kartizol, paratohormon, aldosteron, renin, TTQ, xolesterin, LDL,VLDL, HDL, triqliserid, apolipoprotein A1,apolipoprotein B, lipoprotein (a)) günün başqa vaxtı, ancaq mütləq qida qəbulundan ən azı 6 saat keçdikdən sonra vermək olar. Bu müddətdə ancaq su içmək olar (qəhvə, şirin çay, şirələr qanın ümumi göstəricilərinə təsir edə bilər).


2. Qanın Ümumi analizini vermək üçün yemək yedikdən sonra 4 saat keçməlidir.


3. Müayinədən 1-2 gün öncə rasiondan yağlı, qızardılmış qidaları çıxarmaq, alkoqol içməmək məsləhətdir.


4. Qanı dərman preparatlarının qəbulundan əvvəl vermək lazımdır. Yaxud dərmanın qəbulundan 10-14 gün sonra. Əgər Siz dərman qəbul etmisinizsə mütləq həkimə xəbərdarlıq etməlisiniz.


5. Qan analizini USM, Rentgen, Fizioterapiya müayinələrindən sonra vermək olmaz!


6. Menstrual tsiklin fazasından asılı olaraq müayinənin nəticələri dəyişə bilər. Odur ki: FSH, LH, prolaktin, sərbəst estriol, estradiol, progesteron, testosteron, 17-oksiprogesteron. Bu hormonları vermək üçün tsiklin günü, hamilə qadınlarda isə hamiləliyin müddəti Həkim-ginekoloqun nəzarətində olmalıdır.


7. Hər hansı bir infeksion xəstəliyə şübhə olarsa, antitelin müayinələri aparılır. Yoluxmanın vaxtından və bədənin immunetitetindən asılı olaraq müayinələrin nəticələri Neqativ ola bilər. Amma, nəticələrin Neqativ olması infeksiyanın olmamasını istisna etmir. Müayinəni 2-3 həftə sonra təkrar vermək məsləhət görülür.


8. Müayinədən əvvəl fiziki aktivliyi azaltmaq, emosional sakitlik daha məqsədə uyğundur.


9. Müayinədən minimum 1 saat öncə siqaret çəkmək qadağandır.


10. Bəzi müayinələrin nəticələrinə zaman təsir etdiyinə görə Hormonlarısonra) verilməlidir.


11. Bəzi müayinələrin nəticələrinə zaman təsir etdiyinə görə Hormonları ciddi vaxt çərçivəsində vermək məsləhətdir. Saat 8:00-dan 10:00-a qədər.

Məsələn: T4, sərbəst T4, T3, sərbəst T3.


12. Sidik turşusunun yoxlanılmasından 1-2 gün əvvəl pəhriz saxlanmalıdır: qara ciyər, ət, balıq və qəhvə istifadə etməməli; Hormonların müayinələrinə 2 həftə qalmış xəstə qalxanabənzər vəzin hormonlarını (dərman preparatı)qəbul etməməlidir.


13. PSA, sərbəst PSA analizlərini xəstə ya Həkim-uroloqun rektal baxışından əvvəl, ya da baxışdan 10-14 gün sonra verməlidir. Son cinsi əlaqədən 3-5 gün keçdikdən sonra analiz verilməlidir.


14. Qadın cinsi hormonları tsiklin günlərinə görə müəyyən edilir:

LH, FSH- tsiklin 3-5- ci günü;

Estradiol – 5-7 ya 21-23- cü günü;

Progesteron – 21-23- cü günü;

Prolaktin, 17-OH, DHEA, testesteron – 7-9- cu günü.


15. Sidiyin müayinəsinə 1 gün qalmış xəstə qida rasionundan rəngli meyvə və tərəvəzləri çıxarmalıdır və duzlu qidalar qəbul etməməlidir. Sidik analizini verməmişdən əvvəl cinsi orqanları sabunla təmiz yumaq lazımdır. Aybaşı zamanı sidik analizi vermək məsləhət deyil.


16. Nəcis analizi verərkən nəcis steril qaba yığılmalıdır. İmalədən sonra alınmış nəcis müayinə üçün yararsızdır. Nəcis analizi verərkən qaba qoz boyda 1 hissə qoyulmalıdır. Qurd yumurtası təyin edərkən nəcis


15. dəqiqə ərzində laboratoriyaya çatdırılmalıdır. 1-ci dəfə qurd yumurtası tapılmayıbsa tam əminlik üçün 3 gün ardıcıl analiz vermək məsləhətdir.


17. Spermoqramma analizindən öncə cinsi əlaqədə olmaq olmaz. Son cinsi əlaqədən 3 gün sonra vermək məsləhətdir. Materialı maksimum 15 dəqiqə ərzində laboratoriyaya çatdırmaq lazımdır.


DİQQƏT! Təkrar analizlər eyni laboratoriyada verilməlidir. Çünki,

müxtəlif laboratoriyalar müxtəlif reaktivlərlə və müxtəlif aparatlarla çalışır. Cavabların fərqli olması mümkündür.