Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qan analizi ilə kovid aşkarlananlar portala daxil edilmir - Səhiyyə Nazirliyi

  • 2021.09.21 15:20
  • 1712 Baxış
Qan analizi ilə kovid aşkarlananlar portala daxil edilmir -  Səhiyyə Nazirliyi
“Koronavirus infeksiyasında seroloji testlər xəstədən götürülmüş qan nümunəsində təyin edilir və xəstəliyi keçirdikdən və ya peyvəndləmədən sonrakı yaranmış immuniteti təyin etmək üçün SARS-CoV-2 IgG testindən daha geniş istifadə olunur”.

Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssisi Yavər Hacısoy müsahibəsi zamanı deyib.

"Yoluxan şəxslərin vaxtında aşkarlanması və təcrid edilməsi çox vacibdir. Xəstəliyin diaqnozu laborator və instrumental (radioloji) müayinə üsullarından istifadə etməklə qoyulur. COVID-19 simptomları və radioloji nəticələr qeyri-spesifik olduğundan, SARS-CoV-2 infeksiyasının diaqnozu polimerazlı zəncirvari reaksiya (PZR) ilə təsdiqlənməlidir". /oxu.az/