Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qalxanvari vəzini məhv edən qidalar - Hormonların düşməni

  • 2022.04.01 15:27
  • 3450 Baxış
Qalxanvari vəzini məhv edən qidalar   - Hormonların düşməni


Qalxanvari vəz insanın hormonal sistemini idarə edən boğazda yerləşmiş kiçik, lakin vacib bir orqandır.

Bakupost.az xəbər verir ki, qeyri-sağlam həyat tərzi, siqaret, içki, zərərli qidalar bu orqanı da sıradan çıxarır. Zob, hiperterioz, sonsuzluq yaranır.

Dietoloqlar qalxanvari vəz üçün ən zərərli qidaları açıqlayıb.

Belə ki, mövsümünə uyğun olmayan, xüsusən qışda satışda olan istixana tərəvəzləri və GMO meyvələr, qızardılmış qidalar, konservantlı ərzaqlar qalxanvari vəz xəstəlikləri yaradır.

Mütəxəssislər bildirir ki, qalxanvari vəz çox həssas incə orqandır, stress, səs-küy, çirkli hava, da ona təsirsiz ötüşmür.

"İstənilən ərzaq əgər rafinə edilmiş yağda uzun müddət qızardılır, bişirilirsə, kanserogen və akrilamid hasil edir.

Bu maddələr qalxanvari vəzə hoparaq onun hormon sintezini pozur. Müxtəlif qida əlavələri, dərmanlar, duz, rəngləyicilər, dadlandırıcılar bu orqan üçün təhlükə mənbəyidir.

Mövsümündə yeyilməyən qarpız, yemiş, ünumiyyətlə çox dərman qatılan meyvə-tərəvəz birbaşa hormonal balansı pozur, qalxanvari vəzin hüceyrələrini məhv edir".

Hormonal iynələrlə qısa müddətdə yetişdirilən broyler toyuq və quş məhsulları da endokrin sistemin düşmənidir. Qalxanvari vəzə dəstək üçün kələm, kök, yumurta, yodla zəngin qidalar, dəniz məhsulları, balıq, giləmeyvələr yemək lazımdır".


Aygün Musayeva
BakuPost