Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qalxanvari vəzə hansı vitamin və qidalar lazımdır? - SİYAHI

  • 2021.05.07 15:16
  • 5296 Baxış
Qalxanvari vəzə hansı vitamin və qidalar lazımdır?    -  SİYAHI


Qalxanvari vəz orqanizmi idarə edən əsas vəzlərdən biridir.
Kəpənək formasında olan bu kiçik orqanın fəaliyyətinin pozulması çox sayda fiziki və nevroloji problemlər yaradır.



Medicina.az qalxanvari vəzin işi üçün lazım olan əsas vitamin və qidaları təqdim edir. Bunlar həm sağlam insanlar, həm də qalxanvari vəz hormonal xəstəlikləri olanlar üçün vacibdir. Orqanın müalicəsi bəlkə də bunlardan asılıdır.


1. Selen

T3 və T4 hormonlarının düzgün miqdarı üçün vacibdir. Selen mineralı vəzidə iltihabı azaldır. Ona görə də qalxanvari vəzdə problem görən kimi birinci olarq selen təyin edilib, vəziyyətə baxılır. Bu mineral ət və ət məhsulu, zülal yeyənlərdə defisit olur.

2. Yod

T4 hasilatı üçün vacibdir. Yod çatışmazlığı hipotireozun birinci səbəbidir. Amma bəzi zob xəstəliklərində yod əks göstərişdir. Sizə yod lazım olub-olmadığını həkim təyin edə bilər.

3. A vitamini

Piylənmədən əziyyət çəkən və menopauzaya daxil olan qadınlarda TTH və T3 səviyyəsini düzəltmək üçün A vitamini lazımdır.

A vitamini əsklikliyi ümumilikdə orqanizmi zəiflədir.


4. D vitamini

Qalxanvari vəz xəstəliklərində əsas məqamlardan biridir. D vitamini nə qədər azdırsa, qalxanvari vəz problemləri bir o qədər ciddidir.

Kəskin defisit autoimmun xəstəliklər, zob yaradır. Ona görə hormonlarla yanaşı mütləq D vitamini yoxlanmalıdır.


5. Maqniy

Bu mineral Yodla birgə işləyir, T3, T4 hasilatında vacibdir. Maqniy bədəndə olan 300 fermentə də lazımdır. Bu gün 90% insanlarda maqniy defisiti var. Qadınlarda uzun müddətli qəbizlik, yüksək təzyiq, əzələ spazmları, ürək döyünmə varsa, deməli maqniy çatışmır.





Qidalar:

Bütün növ qozlar, krevet, mal, qoyun əti, hind quşu, toyuq filesi, losos, dəniz kələmi, yosunu, yumurta, balıqlar, balqabaq tumu, badam, ispanaq, küncüt, keş, qara şokolad, avokado, göbələk, kök, şirin kartof, kök, kələm, turp, balqabaq, göyərtilər.