Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qalmaqallı "Medistyle Hospital" satılıb? - 757 min vergi borcu

  • 2023.06.16 16:42
  • 3448 Baxış
 Qalmaqallı  "Medistyle Hospital" satılıb?   - 757 min vergi borcu

Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadəyə məxsus olduğu deyilən "Medistyle Hospital"ın dünən satılması ilə bağlı məlumat yayılıb.


"Medicina" xəbər verir ki, , Qaynarinfo-nun əldə etdiyi xəbərə görə, şirkətin kimə satılması ilə bağlı hələlik ictimaiyyətə məlumat verilmir.


Bir ay əvvəl nizamnamə kapitalı 3 948 855 AZN, qanuni təmsilçisi Əhmədov Rahim Rahib oğlu olan "Medistyle" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) vergi yoxlaması həyata keçirilib.


MMC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 757 min 593 manat 73 qəpik vergi borcu var. Ötən il isə bu, 680 min 897 manat 51 qəpik idi.



Qeyd edək ki, klinikanın direktoru İmran Ağayev olub. O, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi vəzifəsində işləyərkən pandemiya dövründə Baş prokurorluq tərəfindən həbs edilib,ötən ay azadlığa buraxılıb.



İttiham aktında İmran Ağayevin "Medistyle Hospital”ın təsisçisi olduğu qeyd edilib. O, fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin bacısı oğludur. Əslində "Medistyle Hospital”ın sahibinin də Faiq Tağı-zadə olduğu bildirilir.