Türkiyənin "Qalatasaray" klubunun futbolçusu koronavirusa yoluxub.
İstanbul təmsilçisinin rəsmi tvitter səhifəsi xəbər verir ki, adı açıqlanmayan oyunçu öz ölkəsinin yığmasında testdən keçib. Testin nəticəsi müsbət olub.
Klub həmin futbolçu ilə bağlı bütün lazımi tədbirləri gördüyünü vurğulayıb.