Bakıdan bir qrup jurnalistin Qalaaltı müalicəvi suyunun aşkar olunmasının 50 illik yubileyi münasibətiylə bu məkana səfəri təşkil edilib.
Səfərin məqsədi yerli və xarici turistləri media vasitəsiylə məlumatlandırmaqdır.
Qalaaltı - Azərbaycanın orijinal və son dərəcə cazibədar balneoloji kurortudur. Qalaltı müalicəsi yerli camaatın naft-su adlandırdığı orqanik maddələrlə zəngin su ilə aparılır. Naft-su kəskin qoxusu qeyri-adi dadı və kimyəvi tərkibinə görə çox vaxt Uktaynanın Truskavets və Çexiyanın Karlovı Varı kurortlarının suyu ilə müqayisə olunur.
Qalaltı suyu əsasən böyrək daşı, mədə-bağırsaq və öd kisəsi xəstəlikləri üçün də faydalıdır. Kiçik daşların və duz kristallarının böyrəklərdən, öd kisəsindən, sidiyin öd yollarından çıxmasını stimullaşdırır, sidiyin va ödün litogenliyini azaldır(daşların yaranmasına meyilliyin), yeni daşların yaranma təhlükəsini aradan qaldırır. Qalaaltı suyu orqanizmdə maddələr mübadiləsini normallaşdırır. Hüceyrə membranlarının keçiriciliyini azaldır, orqanizmdə olan artiq mayeni çıxardır. İmmunoloji təsirinə görə orqanizmin müdafiə gücünü bərpa edir, orqan ve toxumalarda iltihabi proseslərin ləğvinə, metabolik mahsulların ve toksiki maddələrin çıxarılmasına köməklik edir, bununla da orqanizmin erkən qocalmasının qarşısını alır.
1976-cı ildən fəaliyyət göstərən Qalaaltı sanatoriyasının yerində indi beynəlxalq standarlara cavab verən "Qalaalti Hotel & Spa” inşa edilib. Qalaaltı MDB məkanında ilk dəfə olaraq Avropa Tarixi Termal Şəhərlər Asossiasiyasının tam hüquqlu üzvü seçilib. Qalaaltı sağlamlıq mkəzinin yerləşdiyi ərazidə 9 iqlimdən 7-ni müşahidə etmək mümkündür.
Qeyd edək ki, səfərdə Medicina.az-ın əməkdaşı Azər Kazımlı da iştirak edib.