Qafqaz xalqlarına məxsus içki olan kefir inək, qoyun, keçi südünə maya əlavə edilərək hazırlanan, tərkibində bol miqdarda probiyotik olan faydalı içkidir.
Medicina.az xəbər verir ki, bu içkinin indiyə qədər məlum olmayan bir çox faydaları var. Onlardan ən əsası DNT-də olan zədələri aradan qaldırmasıdır.
Bundan əlavə kefirin tərkibində olan selen, E vitamini və bəzi enzimlər xərçəngdən müdafiə rolunu icra edir.
Araşdırmalar kefir içkisinin qaraciyər, böyrək, qan dövranına, ürək sağlamlığı, beyin qan dövranına yaxşı təsir etdiyi, duzlaşmanın qarşısını aldığı, mikroblara qarşı qoruyucu funksiyasının olduğu məlum olub.
Bəzi elm adamları kefiri "uzun ömrün açarı” kimi də səciyyələndirirlər.
Alimlərin bildirdiklənə görə, gündə içilən 300-500 ml kefir içkisi bağırsaq xərçəngi başda olmaqla mədə, süd vəzi, qan, dəri və uşaqlıq boynu kimi xərçəng növlərinin metastaz verməsinin qarşısını alır.
Xərçəngdən qorunmaq üçün yalnız kefir içmək deyil, həmçinin də zərərli vərdişlərdən uzaq durmaq, sağlam qidalanmaq, mütəmadi olaraq idmanla məşğul olmaq tələb olunur.
Həkimlər həmçinin xərçəng səbəbindən kimyaterapiya və ya radyoterapiya alan xəstələrə dərmanların və terapiyanın yan təsirlərinin qarşısını almaq üçün ev qatığı və kefir istifadə etməyi məsləhət görürülər.
Arzu
Medicina.az