Qafqaz xalqlarının uzunömürlülüyünün səbəbi kababdır.
Medicina.az-ın məlumatına görə, bunu "Sputnik" radiosuna açıqlamasında həkim-dietoloq Andrey Bobrovski deyib. O, bildirib ki, kabab Qafqaz xalqlarının əsas qidalarından biridir. Yerli xalqlar qoyun ətini tikələrə bölərək onu şişə taxır, quyruqla birlikdə manqalda bişirirlər. Əldə edilən qidada doymuş yağların düzgün balansı meydana gəlir. Bu isə sağlamlıq üçün əsas şərtlərdəndir.
"Qafqaz uzunömürlülüyünün sirri ətdədir. Aydındır ki, ətraflarda hava şəhərlərə baxanda daha təmizdir, su başqadır. Amma aparılan araşdırmalar göstərir ki, uzunömürlülüyün əsas faktorlarından biri yağın tərkibidir. Ət ancaq- zülal deyil, həm də yağdır".
Onun sözlərinə görə, Qafqazda iri qoyunların ətindən adətən istifadə etmirlər. Onlar kabab və yemək üçün quzunu seçirlər. Onların ətindəki doymuş yağların tərkibi də fərqlidir. Müasir dietoloqların fikrincə, quzu və balıq kababı ən faydalılardır.
Amma yaxşı ət hələ işin yarısıdır. Kababı doğru hazırlamaq və yemək də əsas şərtdir. "Ən yaxşı yol əti manqal və ya qrildə bişirməkdir.Aşıq odda bişirilən zaman artıq yağ da yanır. O sadəcə olaraq aşağı damır. Tavada isə ət yağı özünə çəkir. Kababı göyərti və tərəvəzlə yemək məsləhət görülür. Onların həcmi ətdən az olmamlıdır".