Retinol dəriyə qulluqda tez-tez istifadə olunan bir məhsuldur. Dərinin yenilənməsini dəstəkləyir və daha sağlam, gənc görünüş təmin edir. Müxtəlif dəri problemləri üçün effektiv həll yolu kimi tanınır.
Bununla belə, onun düzgün istifadəsi və müntəzəm tətbiqi son dərəcə vacibdir.
Medicina.az xəbər verir ki, retinol dermatoloji və kosmetik dünyada çox məşhur olsa da, təsirli nəticə əldə etmək üçün bəzi məqamlara diqqət yetirilməlidir.
Retinol nə edir?
Retinol hüceyrələrin yenilənməsini sürətləndirir və kollagen istehsalını artırır.
İncə xəttləri və qırışları azaldır, sızanaqları və qara nöqtələri aradan qaldırmağa kömək edir, dərinin elastikliyini artırır.
Retinoldan istifadə edərkən aşağıdakı məqamlar nəzərə alınmalıdır:
Dəridə qıcıqlanma riski səbəbiylə ilk istifadə zamanı həssaslıq yarana bilər.
Göz çevrəsi kimi həssas bölgələrə çəkilməməlidir.
Hamiləik və əmizdirmə dönəmində istifadədən öncə həkimlə məsləhət olunmalıdır.
Aygün Nəbiyeva
Medicina.az