Qadınlarda uşaqlığın çıxarılması, əməliyyatla götürülməsi əslində zərərsiz hesab edilsə də, bu orqanın götürülməsi beyinə təsir edir və bu qadınlarda yaddaş zəifləməsi başlayır.
“Medicina” xəbər verir ki, ABŞ Arizona universitetinin psixoloqları elmi tədqiqatla bunu sübut ediblər.
Belə hesab edilir mki, hamilə olmayan müddətdə uşaqlıq yatır, sadəcə hər ay menstrusiyada iştirak edir və uşaq planlanmırsa, lazımsız orqandır.
Histerektomiya – uşaqlığım tam çıxarılmasıdır, daha çox 50 yaşdan yuxarı qadınlarda müxtəlif patologiyalarda icra edilir.
Menopauza dövründə uşaqlıq onsuz da lazım deyil deyə düşünən qadınlar və həkimlər bu orqanla beyin arasında birbaşa əlaqə var.
“Elmi tədqiqatlar göstərib ki, menopauzaya qədər uşaqlığı çıxarılan qadınlarda demensiya riski artır.
Biz bu səbəbdən beyinlə uşaqlığın əlaqəsini öyrənməyə cəhd etdik” – deyə müəllif Hiter Nelson deyib.
Laboratoriya siçanları üzərində aparılan 6 həftəlik tədqiqat göstərib ki, uşaqlıq orqanı çıxarılan siçanlar labirintin yolunu daha pis yadda saxlayıb və tapşırığı edə bilməyiblər.
Hətta bir orqanın çıxarııması işlək yaddaşa neqativ təsir edir.
Bu sindromun bir səbəbi uşaqlıq və yumurtalıqların cinsi hormonlara təsiri var.
Bu hormonlar da beynin aktivlityinə təsir edir. Ona görə də uşaqlıq və yumurtalıqları çıxarılan qadınlarda bu hormonlar azalır. Beləliklə, uşaqlığın qadınlarda lazımsız orqan olmadığı və hətta intellektə cavahdeh olduğu sübut olunub.
Aygün Musayeva