Lancet elmi dərgisində dərc olunan yeni statistik məlumatlarda 1950- 2017-ci illərin fertillik göstəriciləri araşdırılıb.
1950-ci ildə qadınlar orta statistik olaraq bütün ömrü 3-4 uşaq dünyaya gətirirdilər. 2017-ci ildə bu rəqəm 2,4-ə enib.
Amma bu göstəricilər coğrafi baxımdan dəyişir. Məsələn, Nigeriya, Afrika ölkələrində bu 7, Kiprdə isə 1-dir. Qərbi Avropa dövlətlərində isə qadınların fertillik faizi 1,7-dir.
Medicina.az xəbər verir ki, qadının uşaq dünyaya gətirmə qabiliyyətini göstərən fertillik bir qadının reproduktiv dövründə dünyaya canlı olaraq gətirdiyi hər uşaq hesabı ilə qeydə alınır.
Elə ki, il ərzində bu göstərici 2,1-i keçdi, o zaman populyasiya da azalmağa başlayır.
1950-ci ilə kimi Dünyada elə bir ölkə yox idi ki, orda fertillik 2,1-dən aşağı düşsün.
Hazırda ən yüksək fertillik koeffisenti Nigeriya, Somali, Çad, Mali, Əfqanistan, Sudan kimi ölkələrin payına düşür. Ən az isə Kipr, Tayvan, Koreya, Andorradadır.
Bəs bununla bağlı nə etməli? Oksford İnstitutunun direktoru Corc Lison bildirir ki, bu proses hələ ki, əhali artımına ciddi neqativ təsir göstərmir, amma kütləvi demoqrafik dəyişikliklərə hazır olmaq lazımdır.
Belə ki, əmək və təqaüdə çıxmaq baxımından qanunlar sərtləşəcək. Necə ki, Böyük Britaniyada təqaüdə çıxmağın maksimal yaşı 68-dir.
Aşağı koeffisientliyi olan dövlətlər ölkəyə immiqrant axınını artırmaq barədə düşünməli, ya da öz vətəndaşlarını daha çox uşaq dünyaya gətirməyə sövq edən tədbirlər görməlidir.
Tədqiqatın baş elmi rəhbəri professor Kristofer Mürrey deyir ki, bu müasir trend nəticəsində 10-20 ilə bir çox ölkələrdə kəskin körpə, uşaq qıtlığı yaradacaq, 60 yaşından yuxarı insanların sayı isə çox olacaq.
Cəmiyyətdə tarazlıq pozulacaq. Bu da dərin sosial və iqtisadi problemlər yaradacaq, hansı ki, indi hiss olunmur.
Elə dövlətlər olacaq ki, orda nənə-babanın sayı nəvələrdən çox olacaq.
Hazırda belə bir mənzərə Yaponiyada görünür və əhalinin sayında ciddi azalma problemi yaşanır. Amma Qərb dövlətlərində bu hələ hiss olunmur, çünki fərq immiqrantların kompensasiya olunur. Lakin qlobal səviyyədə immiqrasiya da gələcəkdə həmin dövlətlərdə cəmiyyətdə bir sıra problemlər yaradacaq və immiqrantlar çıxış yolu deyil.