Qarabaşaq yeməklə arıqlamaq arzusu qadınlar üçün hormonal balansı pozmaqla nəticələnə bilər.
“Medicina” xəbər verir ki, dietoloq Yelena Solomatina monodietlərin zərərindən danışıb.
“Monodiet- yəni üstünlüyü bir ərzağa verməklə qidalanmaq orqanizmə hətta geridönməz zərərlər verə bilər.
Hər gün ancaq “qreçka” yemək hormonal pozulmalara səbəb olur.
Burda söhbət qarabaşağın zərərli olmasından getmir, o ən faydalı yarmadır. Sadəcə onu hər gün mono şəkildə yemək orqanizmi zülal, protein, yağ turşularından məhrum edir.
Digər qida maddələrinin çatışmazlığı biokimyəvi prosesləri pozur, bu da mədəaltı vəz, qalxanvari vəzin işini pozur.
Ancaq “qreçka” pəhrizi tutanq qadınlarda baş hərlənməsi, dəridə səpkilər, əsəbilik, diş və sümüklərdə, böyrəklərdə problemlər ola bilər.
Pəhrizdə qarabaşaq, brokkoli, yulaf yeyib, başqa heç nə yeməyənlərdə də eyni problemlər olur.
Sağlam arıqlamaq üçün qida boşqabı belə olmalıdır: yarısı zülal, karbohidrat, yarısı tərəvəz, göyərti.
İnsan gün ərzində 100 qramdan artıq qarabaşaq yeməməlidir. Hər gün qarabaşaq yemək olmaz. Mütləq yanında zülal olmalıdır”.
Aygün Musayeva