Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadınların nəzərinə! Dərinizə belə qulluq edin – FAYDALI MƏSLƏHƏT

  • 2019.03.15 13:31
  • 13141 Baxış
Qadınların nəzərinə! Dərinizə belə qulluq edin –  FAYDALI MƏSLƏHƏT

Yediyimiz qidalar orqanizmimizdə özünü müxtəlif formada, ancaq mütləq əks etdirir. 


Medicina.az sizə dəriyə təsir göstərən qidaların siyahısını təqdim edir:


Su – suya olan ehtiyac cinsinizə, aktiv həyat tərzinizə görə dəyişməkdədir. Lazımi miqdarda su istifadə etdiyimizdə dərimiz nəm ehtiyacını qarşılayır. Az miqdarda su istifadə edənlərdə dəri nəmsiz, quru şəkil alır.


Omega-3 zəngin qidalar sızanaqları yox edir.


Omega-3-ün dərinin ləkəsiz və parlaq görünməsini təmin etdiyi, nəmləndirdiyi və qurumasının qarşısını aldığı müəyyən olunub.  İltihabın qarşısını alır və yaşlanmanı gecikdirir.  Quru meyvələr, soman, avakado Omega-3 ilə zəngin qidalardır.

Vitaminlər gəncləşdirir, yaşlanmanı  gecikdirir.


Bəzi vitaminlərin dəri üçün əhəmiyyətli olduğu, bəzi xəstəliklərdən qoruduğu və yaşlanmanın qarşısını aldığı təstiq edilib. Dəriniz üçün ən vacib vitaminlər A, B3, C və E vitaminləridir. Kartof, yerkökü, kərəyağı, balıq yağı A vitaminindən zəngin qidalardır. Yaşlanmanı gecikdirir, dərinin qurumasının qarşısını alır,  günəş ləkələrini yox edir.


Ton balığı paxlalı bitkilər B3 vitamini ilə zəngindir. Sızanaqların müalicəsində kömək olur. C vitamini cildin ən yaxşı qoruyucusudur. Müəyyən səbəblərdən baş verən yaraları sağaldır və dərinin yenilənməsinə kömək olur. 


Kivi, çiyələk, fındıq, badam, zeytun yağı, cəfəri E vitamini ilə zəngin qidalardır. Hüceyrələri bərpa edir və nəmləndirir. Dəridəki çatları aradan qaldırır.

 

Aytac

Medicina.az