Yay aylarında gigiyenaya xüsusi diqqət yetirmək lazımdır.
Ancaq isti mövsümdə yalnız gündəlik duş, epilyasiya və pedikür kifayət deyil.
“Medicina” xəbər verir ki, xanımların səliqəsiz görünməsinə səbəb olan 5 ən çox rast gəlinən səhv var:
1. Ayaqqabı ilə bağlı problemlər - Kəmər, toqqa və nazik dəri elementlərdən ibarət yay ayaqqabıları yayda ayaqların sağlamlığına zərər vurur. Xanımların yara bandını niyə görməməzlikdən gəlmələri tamamilə aydın deyil. Əgər sürtünmə və döyənək artıq baş veribsə, dabanlar quruyubsa, onları soda və alma sirkəsi ilə vanna edib aradan qaldırmaq olar.
2. Dezodorantı unudanlar. Səliqəliliyi ilə seçilməyən xanımlar çox vaxt səhərlər duş qəbul etdikdən sonra tətbiq etməyi unudurlar. Nəticədə, istidə yarım saat keçəndən sonra paltarlarında yaş ləkələr əmələ gəlir və axşam yeməyi zamanı bədəndən xoşagəlməz qoxu yayılır.
3. Səhərlər yalnış yuyunma. Gecələr piy vəziləri aktiv işini dayandırmır. Onlar ifraz olunan tərlə qarışaraq dəridə kir qatı əmələ gətirir, onu parlaq və yağlı edir. Belə dərini köpüklərlə təmizləmək lazımdır. Heç bir halda belə dəriyə dekorativ kosmetika tətbiq edilməməlidir. Epidermisin vəziyyətini ağırlaşdıracaq, sızanaqlara, qıcıqlanmaya səbəb olacaq.
4. Smartfon gigiyenası. Bu gün qızlar bütün günü telefonlarını əllərində saxlayırlar. Eyni zamanda, onlar əlavə olaraq ictimai yerlərdə tutacaqlara, pula, məhəccərə və daha çox şeyə toxunurlar. Bütün patogen mikroblar smartfona, ordan da qadının üzünə qədər gedir. Buradan xoşagəlməz səpkilər, dermatit yaranır. Gündə ən azı 1 dəfə telefonun səthi təmizlənməlidir.
5. Nəm salfetlərdən istifadə etməmək. Kirşaт üzə 5-6 qat çəkilsə belə, yağlı parıltını aradan qaldıra bilməyəcək. Bundan əlavə, bu kosmetika sızanaqların yayılmasına səbəb olacaq. Fakt budur ki, istidə çoxsaylı kosmetik təbəqələr mikrobların çoxalması üçün ideal yerə çevrilir. Buna görə də, yaş salfetlərdən istifadə etməlisiz.
Günay Quluzadə