Hər qadın həyatında bir neçə dəfə vaginal göbələk xəstəliyinə yoluxur.
Medicina.az xəbər verir ki, türkiyəli ginekoloq Bektaş Yıldırım xəstəliyin yaranma səbəblərini açıqlayıb. Həkimin sözlərinə görə, bu, adətən antibiotiklərdən həddən artıq istifadə zamanı, immun sistemi zəiflədikdə, qanazlığı zamanı meydana çıxa bilər. Bəzən hovuzda və ya dənizdə çimmək də göbələk yarada bilər. Təmiz tualetdən istifadə etmədikdə də keçən infeksiya göbələk xəstəliyinə yoluxdurur.
"Ən əsas isə cinsi münasibət zamanı yoluxma halları çox baş verir. Qaşınma ilə meydana gəlir. Axşam saatlarında isə bu güclənir. Soyuq havalarda isə qaşınma nisbətən zəifləyir”, - deyə ginekoloq bildirib.
Nəzərinizə çatdıraq ki, kilolu və şəkər xəstəliyindən əziyyət çəkən xanımlarda vaginal göbələk daha çox müşahidə edilir. Qarşısı alınmazsa, daha böyük problemlərə yol aça bilər.