Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadınların damarları kişilərə nisbədən tez qocalır – SƏBƏB

  • 2020.01.20 17:10
  • 2469 Baxış
Qadınların damarları kişilərə nisbədən tez qocalır –  SƏBƏB

Qadınlarda qan damar sistemi daha tez zədələnib sıradan çıxır, nəinki kişilərdə. Ona görə də qadınlarda ürək-damar problemləri daha erkən yaşda başlayır və gedişatı kişilərdən fərqlənir. Bunu Harvard Universitetinin alimləri Jama cardiology dərgisində dərc etdirdikləri elmi məqalədə qeyd ediblər.


Medicina.az xəbər verir ki, alimlər 33 min insanın təzyiq göstəricilərini 43 il ərzində tədqiq ediblər. Onların 54%-i qadınlar təşkil edib. İştirakçılar 12 -95 yaş arası olub.

Analizlər göstərib ki, qadınların iri arteriyalarından tutmuş xırda kapilyarlara kimi daha erkən yaşda başlayır və kişilərdən sürətli gedir.

Məsələn, yüksək təzyiq qadınlarda 28-30 yaşından başladıqda, artıq 35 yaşına doğru ürək problemləri yaranır.
Eləcə də təzyiqin qəfil yüksəlməsi zamanı infarkt və insult riski də qadınlarda çoxdur və bu zaman qadınları xilas etməm daha çətindir.

50 yaşından sonra qadınlarda hipertoniya riski həm də menopauza ilə əlaqədar olur.


Ona görə də alimlər həyəcan təbili çalaraq, qadınların qan damar sisteminin qorunması və müalicəsinin önə çəkilməsini bildirir.