Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadınların cinsi həzz aldığı ən ideal yaş

  • 2025.02.14 23:15
  • 212 Baxış
Qadınların cinsi həzz aldığı    ən ideal yaş

36 yaş qadınların cinsi həyatından maksimum həzz aldığı yaşdır.

“Medicina” xəbər verir ki, əslində məntiqlə düşünəndə qadın daha gənc yaşda, məsələn, 20 yaşında seksdən maksimum həzz almalıdır, çünki qanda hormonların maksimum səviyyəsi bu yaşlarda olur. 18-dən 28-ə qədər tanışlıq və sevgi onilliyidir və bu dövrdə insanın fiziki cəlbediciliyi, enerji səviyyəsi zirvəyə çatır.

Sonra qadın ailə qurmalı, uşaq dünyaya gətirməli və libidonun azalması ilə qarşılaşmalı olacaq. Bununla belə, yeni araşdırmalar göstərir ki, unudulmaz orqazmlara sahib olmaqdan söhbət gedirsə, 36 yaş və yuxarı yaşlar ən gözəl yaş dövrüdür.


2600-dən çox insanın iştirak etdiyi araşdırmanın göstərdiyi kimi, məhz bu yaşda qadınlar sevişmə ilə bağlı pik hissləri yaşayırlar.

Tədqiqat iştirakçıları orqazm hissləri, özünə cəlbedicilik hissləri və seksdən həzz almaları ilə bağlı sualları cavablandırıblar.

Cinsi cəlbediciliyə gəlincə, ən çox özünə güvənən yaşlı qrupun nümayəndələri idi. 36 yaşdan yuxarı qadınların 80%-i seksual göründüklərinə əmindirlər.

23-35 yaş arası qadınların yalnız 40%-i öz cəlbediciliyində bu əminliyi hiss edir. Yaşlı yaş qrupundakı qadınlar cinsi həyatlarından ən çox məmnun olduqlarını bildiriblər, nəinki 20-25 yaş.

Aygün Musayeva