Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadınların cinsi həyatını yaxşılaşdırır: Vagina estetikası nədir?

  • 2017.10.23 13:46
  • 35759 Baxış
Qadınların cinsi həyatını yaxşılaşdırır:  Vagina estetikası nədir?


Doğuş və yaşla bağlı olaraq vagina estetikasının korlanması qadınları məyus edən haldır. Halbuki vagina estetikası qadınların cinsi həyat keyfiyyətini artırır. Türkiyəli estetik, plastik və rekonstruktiv cərrah Fatih Dağdelen vagina estetikası haqqında danışıb.

 

Medicina.az ailem.az-a istinadən mütəxəssisin bu mövzu ilə bağlı fikirlərini təqdim edir:

 

Estetik cərrahiyyənin ən çox tələb edilən əməliyyatlarından biri olan vagina estetikası doğuş, yaşlanma və ya qəza kimi müxtəlif səbəblərdən qadınların genital bölgəsində baş verən forma korlanmasıdır. Bunun müalicəsi üçün cərrahiyyə əməliyyatı tətbiq edilir. Vagina estetikası qadınların özünəinam hissinin artmasına və sağlam cinsi həyata sahib olmasına kömək olur: "Qadınlarda müxtəlif səbəblərdən genital orqanda anadangəlmə inkişaf pozuntuları, daxili dodaqlarda sallanma, boşalma, asimmetriya kimi problemlər ortaya çıxa bilər. Vaginadakı struktur pozulmaları qoxuya, cinsi əlaqə əsnasında ağrıya səbəb olur və estetik görünüşə xələl gətirir. Vaginanın xarici dodaqlarında olan sallanmalar, genişlənmə, asimmetriya pis görünüşə və funksional problemlərə yol aça bilər. Bu hallarda vagina daraltma estetikası tələb olunur”.

 

Vagina estetikası problemlərindən biri də vagina genişliyidir. Bu vəziyyət qadınların cinsi əlaqə əsnasında kifayət qədər həzz almalarına mane olur: "Vaginadakı genişlənmə və boşalma səbəbləri arasında irsi xüsusiyyətlər, abort, doğuş, yaşlanma ola bilər. Vagina estetikası əməliyyatlarında estetik problemin növünə görə lokal və ya ümumi anesteziya tətbiq edilir. Təxminən 1 saat davam edən əməliyyat əsnasında tələb edilən yağ yeridilməsi, daraltma estetikası və ya kiçiltmə əməliyyatları tətbiq olunur. Əməliyyat əsnasında öz-özünə sorulan estetik tikişlər qoyulur. Bu tikişlər diqqətə çarpmır və tikiş izi qalmır”.

 

Həkim deyir ki, vagina estetikasından sonra bəkarət pərdəsi, hamilə qalma və ya orqazm olma kimi qadına xas xüsusiyyətlər heç bir zərər görmür. Əməliyyatdan sonra sidiyə getmə ilə əlaqədar problem yaşanmır, əməliyyat bölgəsində həddindən artıq dərəcədə ağrı və yanma olmur. Tikişlərin yaxşılaşması bir neçə gün çəkə bilər. Vagina estetikası sayəsində siz də özünüzü daha sağlam, daha xoşbəxt, özünə inamlı hiss edə bilərsiniz.