Əgər soyuqdəymə, qripə bənzər əlamətlər mensturasiya öncəsi və ya mensturasiya zamanı baş verirsə, bu PMS – in qeyri-adi forması deməkdir.
“Medicina” xəbər verir ki, sinə ağrısı, aşağı əhval-ruhiyyə, sızanaqlar, şişkinlik PMS-in ən çox görülən, lakin yeganə əlamətləri deyil.
Əgər bu günlərdə burun axması, titrəmə, hətta qızdırma olursa və mensturasiya bitdikdə, soyuqdəymə əlaməti də bitərsə bu, “menstruasiya qripi” dir.
Rusiyalı mütəxəssis allerqoloq, tibb elmləri doktoru Purvi Parixin sözlərinə görə, qrip və ya soyuqdəyməyə bənzər simptomlar tez-tez menstruasiya zamanı və ya ondan qısa müddət əvvəl baş verir.
“Belə hal müntəzəm olaraq, hər ay təkrarlanırsa, simptomlar tsiklikdirsə, çox güman ki, bu, menstruasiyanızın bir özəlliyidir.
Bunun səbəblərindən biri ovulyasiyadan əvvəl estrogen hormonunun yüksəlməsi ilə burun axması və göz qaşınması kimi mövsümi allergiya əlamətlərinin güclənməsidir. Bu hormonda dəyişikliklər yorğunluq, baş ağrıları, ağrılı oynaqlar və əzələlərə səbəb ola bilər.
Bundan əlavə, estrogen immunitet sisteminin tərkib hissəsi olan histamin istehsalını artıra bilər. Onun səviyyəsinin artmasının simptomları da allergiyaya və ya qripə bənzər əlamətlər verir.
Başqa bir səbəb, menstruasiya zamanı prostaglandin istehsalıdır, o, ağrılı mədə spazmlarını təhrik edir, mədə ağrısı və ishala səbəb ola bilər”.
Bu qripdə müalicə yalnız simptomatikdir: temperaturu aşağı salacaq və ağrıları aradan qaldıracaq parasetamol və ibuprofen əsasında dərmanlar qəbul etmək olar.
Günay Quluzadə