Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadınların 5 erogen nöqtəsi- GİZLİ SİYAHI

  • 2021.01.26 15:44
  • 6107 Baxış
Qadınların 5 erogen nöqtəsi -  GİZLİ SİYAHI

Qadınlara erogen bölgələrinin (sevişmə impulsunu artıran, həzz verən bölgələr) hansılar olduğunu demək bir az qəribə gələ bilər. Əgər kişi qadınla düzgün davranmırsa, demək o qadın erogen bölgələrini kəşf edə bilməz. Erogen bölgələri öyrənməklə partnyorunuza sizinlə necə davransa sevişməyə hazır vəziyyətə gələcəyinizi və sizə daha çox zövq yaşadacağını bildirin.



Medicina.az ən aktiv nöqtələri təqdim edir:



Dodaqlar


Dişlər və dil öpüşməyin ən vacib nahiyələrindən biridir, ancaq qadınlar daha çox zərif dodaq təmasından həzz alırlar. İncə dodaq toxunuşları ilə başlayan və uzun davam edən öpüşmə qadını hazır vəziyyətə gətirir. Lakin bir kişinin edəcəyi ən böyük xəta isə öpüşərkən qadının dodaqlarını dişləməsi və dilini ağzının içinə soxmasıdır.



Klitorun üst hissəsi


Bəzən kişilər klitora toxunaraq qadında intim duyğu yaratmağa çalışırlar. Lakin partnyorunuza səbrli, yavaş olmasını və incə davranmasını deyin. Çünki qadın bədəni kişi bədənindən fərqlidir və demədikcə kişilər hərəkətləri ilə qadınlara nə hiss etdirdiklərini bilməzlər.



Bəlkə qadınların bir çoxu bilmir, amma klitorun üst hissəsi qadını ən tez sevişməyə hazırlayan bölgələrdən biridi. Partnyordan bəzən klitordan çox bu hissəyə zərif toxunmalarını istəyə bilərsiniz.



Boyun və qulaqlar


Partnyorunuz dodaqlarını bu bölgələrdə ürəyi istəyən tərzdə gəzdirməlidir. Nəfəsinin yaxınlaşması belə həyəcanınızı artırmağa bəs edəcək. Bu bölgəyə edilə biləcək kəskin hərəkət isə qıdıqlamaqdır. Kişi qadının bu bölgələrini qıdıqlayarsa, sevişmə istəyini dərhal öldürəcək.



Budun iç tərəfi və dizilərin arxası


Boyun və qulaqlar üçün keçərli olan incə toxunuşlar bu bölgələr üçün də keçərlidir. Bu bölgələrə edilən zərif öpüşlər siz hazır vəziyyətə gəldikcə daha da həssaslaşmağa başlayır.


Bud, bel


Bir qadının ən həssas bölgələrində biri də arxasıdır. Bu hissəyə edilən zərif toxunuşlarla intim duyğunu oyandırdıqdan sonra bir az sərtlikdən xoşlanır. Sevişərkən sərtliklə, partnerin gücünü üzərində hiss etməkdən zövq almaqla ağrı hiss etmək arasında böyük fərq var. Acı və ya ağrı hiss etdikdə sevişə bilməzsiniz. Ona görə də partnyor şapalaq və sərt gücə keçirsə, ona bunun lazım olmadığını bildirin