Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadınları belində daşıyaraq 71 min manat pul qazanır - FOTO

  • 2025.03.24 00:14
  • 962 Baxış
Qadınları belində daşıyaraq  71 min manat pul qazanır - FOTO

Çinin Şandun əyalətindəki Tay dağı turistlər üçün məşhur dırmaşma yeridir.

Medicina.az xəbər verir ki, 26 yaşlı Xiao Çen üçün bu, çox gəlirli biznesə çevrilib.

Bələdçi işləyən Çen dağa qalxmaqda çətinlik çəkən turistləri, xüsusilə də qadın ziyarətçiləri son 1000 addımın yorğunluğunu atmaq üçün onları qucaqlayaraq zirvəyə aparır.



YUNESKO-nun Dünya İrs Siyahısına düşən 1532 metr yüksəklikdəki Tay dağında turistləri müşayiət edən Çen bu maraqlı “iş” sayəsində ayda 6400 dollardan (11 min manat) çox gəlir əldə edir.

25-40 yaş arası turistlər üçün xidmət edən Çen gündə iki dəfə dağa dırmaşaraq gündəlik gəlirini artırır.

O, gündüz dırmaşmalarında 83 dollar, gecə dırmaşmalarında isə 54 dollar qazanır. Bir ayda onun qazancı 6400 dollara çatır.

Xiao Çen bu üsulla ildə orta hesabla 42 min dollar (71400 manat) qazanır. Tay dağında bir çox bələdçidən qat-qat yüksək gəlir əldə edir.

Çenin bir turisti qucaqlayaraq son 1000 pilləni yuxarı qaldırması təxminən yarım saat çəkir.



Aygün
Medicina.az