Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadınlarda SİSTİT - Tam müalicəsi varmı?

  • 2021.09.06 11:21
  • 5190 Baxış
Qadınlarda SİSTİT -  Tam müalicəsi varmı?
Sistit sidik kisəsinin iltihabi xəstəliyidir.Qadınlarda sidik kanalı qısa və enli olduğu üçün bağırsaqda yaşayan xəstəliktörədən mikroblar asanlıqla sidik kisəsinə düşə bilir.

Bu səbəbdən sistit kişilərlə nisbətən qadınlarda daha çox rast gəlinir. Statistikaya görə 25 yaşa qədər hər üç qadından birində,50 yaşa qədər isə hər iki qadından birində ildə bir və ya bir neçə dəfə sistit əlamətləri müşahidə olunur.

Qadınlarda sistitin özəlliyi tez-tez residivlərin(xəstəliyin əlamətlərinin bir müddətdən sonra təkrarlanması)olmasıdır.Belə ki,qadınların 50% də il ərzində təkrar sistitə rast gəlinir.


Sistitin əlamətləri:

-Tez-tez və çətin sidik ifrazı
-Sidiyə getmə zamanı yandırıcı və kəsici ağrılarln olması
-Bulanıq sidik,sidikdə qan,pis qoxulu sidik
- Bəzən sidik qaçırma halları.

Aşağıdakı faktorlar sistitin yaranma riskini artırır:

-Orqanizmdə xroniki infeksiya ocaqları
-Yuxarı tənəffüs yollarının virus xəstəlikləri(Qrip və s.)
-ginekoloji xəstəliklər
-cinsi yolla keçən infeksiyalar
-qəbizlik və ya əksinə diareyalar
-Hormonal dəyişikliklər və hamiləlik
-Orqanizmin soyuqlaması
-Xarici cinsiyyət üzvlərinin qeyri-düzgün gigiyenası

Müayinə məqsədi ilə sidiyin ümumi analizi,sidiyin mikrobioloji müayinəsi (əkilməsi),böyrəklər və sidik kisəsinin ultrasəs müayinəsi aparılır.Ehtiyac duyularsa,sistoskopiya (sidik kisəsinin içəri səthinə endoskopla baxılması) və cinsi yolla keçən infeksiyaların diaqnostikası icra olunur.


Müalicə antibakterial və iltihabəleyhinə preparatlarla aparılır.Həmçinin bağırsaq mikroflorasının bərpasına,sidiyin mühitinin dəyişdirilməsinə yönəlmiş müalicə və fizioterapiya təyin olunur.

Bioloji Təbabət klinikasının uroloq-androloqu Xalid Kərimov

Ətraflı məlumat üçün:

- (012)430 89 89
-(050,055,070) 430 89 89
- 055 430 89 89 (whatsapp)
-Bakı şəhəri, Nəsimi rayonu, S.C.Pişəvəri küç. 110, BİOLOJİ TƏBABƏT KLİNİKASI