Nəbz davamlı işləyən ürəyin yığılıb açılması ilə qan damarlarına tətbiq olunan qüvvədir.
Nəbz döyüntüləri ritmikdir. Nəbz sürəti insandan insana fərqli olsa da, müəyyən diapazonda olması gözlənilir. Sağlam və yetkin qadınlarda ürək dərəcəsi 60-100 aralığındadır. Uzun müddət idmanla məşğul olan insanlarda ürək döyüntüləri 45-60 səviyyəsinə düşür.
“Medicina” xəbər verir ki, fərqli texnikalarla ürəyin bir dəqiqədə neçə dəfə yığıldığını hiss etmək olur. Yüksək nəbz xəstəlik və stress kimi səbəblərdən qaynaqlanır.
Türkiyəli mütəxəssislərin sözlərinə görə, fiziki fəaliyyətlər ürək döyüntüsünü artırdığından, ürək dərəcəsi bir neçə dəqiqə istirahət etdikdən sonra ölçülür. Qadınlarda ürək dərəcəsi kişilərə nisbətən 7-8 vuruş azdır.
10-12 yaşlı qızlar üçün aşağı nəbz dəyəri 70 olduğu halda, yuxarı qiymət 110 və orta hesabla 90 gözlənilir.
12-14 yaşlı qızlarda aşağı ürək dərəcəsi 65, yuxarı qiymət 105, orta hesabla 85-dir.
18 yaşdan yuxarı qadınlar üçün ürək dərəcəsinin 60-100 aralığında olması gözlənilir. Daha aşağı və ya daha yüksək ürək dərəcəsi xəstəliyin əlaməti olaraq görülür.
Stress, gərginlik və fiziki iş zamanı ritm 120-ə qalxa bilir.
Günay Quluzadə