Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadınlarda menopauzanın yaşı cavanlaşıb – Səbəb

  • 2023.07.24 20:52
  • 1419 Baxış
Qadınlarda menopauzanın yaşı cavanlaşıb  – Səbəb
Qeyri – sağlam qidalanmaq və artıq çəki menopozun daha erkən verməsinə səbəb olur.

“Medicina” xəbər verir ki, erkən menopoz dedikdə 30-40 yaş arası nəzərdə tutulur.

Həkim Nataliya Zubaryevanın sözlərinə görə, bir tərəfdən qadınlar uzun müddət gənc və sağlam qala bilirlər, digər tərəfdən isə erkən menopozlu xəstələrin sayı artır. Bəzi hallarda bu, onların keçirdikləri həyat tərzi ilə əlaqədardır.

“Qadın orqanizmi lazımi miqdarda qida, sağlam yağlar almazsa, erkən menopoz qaçılmazdır. Həmçinin, problemlər artıq çəki, xroniki stress, daimi yüklənmə ilə ağırlaşır.

Siqaret çəkmək, stress, piylənmə (çəkisi normadan ən azı 10 kiloqram artıq olan hər kəs risk altındadır), aşağı kalorili pəhriz və fiziki tükənmə erkən menopoz riskini əhəmiyyətli dərəcədə artırır.

Qadınların erkən menopauza meyli nadir cinsi həyat və estrogenlərin, digər qadın cinsi hormonlarının aşağı səviyyədə olması ilə artır. Lakin bu pozulmanın müalicəsi var”.


Günay Quluzadə