Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadınlarda mədədə turşuluq yumurtalıq xərçəngindən ola bilər

  • 2023.03.31 15:41
  • 2984 Baxış
Qadınlarda mədədə turşuluq yumurtalıq xərçəngindən  ola bilər
Yumurtalıq xərçəngi inkişaf etdirən qadınlarda həzm pozğunluğu əlamətləri ola bilər.

“Medicina” xəbər verir ki, yumurtalıq xərçəngi yalnız inkişaf etmiş bir mərhələdə diaqnoz qoyulur, çünki onun əlamətləri çox vaxt qeyri-müəyyəndir. London İmperial Kollecinin tədqiqatçıları aşkar ediblər ki, diaqnoz qoyulmamış yumurtalıq xərçəngi olan qadınlar tez-tez mədə yanması da daxil olmaqla həzmsizlik üçün dərmanlar alırlar.

London mütəxəssislərini fikrincə, bəzi hallarda mədə yanması xərçəng əlaməti ola bilər.

Tədqiqatın aparıcı müəllifi, doktor Ceyms Flanaqanın sözlərinə görə, elm adamları yumurtalıq xərçəngi olan qadınlar arasında diaqnoz qoyulmazdan əvvəl səkkiz ay ərzində ağrıkəsicilərin və həzmsizlik üçün dərmanların alışında nəzərəçarpacaq artım aşkar ediblər.

Doktor Flangan mədə yanması və ya həzmsizlik epizodlarının artması ilə üzləşən qadınların həkimə müraciət etmələrini və reproduktiv müayinədən keçmələrini tövsiyə edib.

Britaniyanın xərçəng tədqiqat təşkilatı Cancer Research UK də yumurtalıq xərçənginin özünü iltihablı bağırsaq sindromu (İBS) kimi göstərə biləcəyini təsdiqləyir.

Onun mütəxəssisləri qadınlara yumurtalıq xərçənginin aşağıdakı mümkün simptomlarına diqqət etməyi tövsiyə edir.
Bunlardan daimi qarın şişməsi hissi, tez-tez sidiyə getmə ehtiyacı, qarın və ya çanaq bölgəsində narahatlıq, yemək zamanı sürətli doyma kimi hallarla müşahidə edilə bilər.

Aygün Musayeva