Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadınlarda dazlaşma - Səbəbləri

  • 2024.02.12 21:27
  • 1317 Baxış
Qadınlarda dazlaşma    - Səbəbləri

Həm kişilər, həm qadınlar testosteron çatışmazlığından saçlarını itirir.


“Medicina” xəbər verir ki, terapevt Stanislav İonov qadınlarda keçəlləşmə - allopesiyanın səbəbini açıqlayıb.

“Qadınlarda bu proses kişilərdən fərqli keçir.


Onlar sürətlə saçları itirir, amma bu alin hissədən başlamır, orda boşluğu doldurmaq üçün kəkil hissə qalır.

Amma dazlaşmada hər iki cins üçün səbəb eynidir: testosteron çatışmazlığı.

Xüsusən 40-50 yaşlarda bu kişi hormonu aktiv azalır. Hidrotestosteron tüklərin böyüməsini əngəlləyir.

Qadın orqanizmində bu hormon zatən az olmalıdır, amma getdikcə
azaldıqca saçlar tökülür. Digər sözlə, yeni saç follikulları yaranması dayanır.
Testosteronun azalmasına səbəb menopauza, stress, viruslar, göbələkdir.


Qadın dazlaşmasının digər səbəbləri:

- A, E, B, C, D vitaminləri çatımazlığı
- Sink, kalsium, ftor, marqans yetməzliyi
- Seboreya

- Qan dövranı pozulması

- Saçlara kimyəvi təsir

- Ona görə də müalicə həm hormonal, həm baxım, həm də qidalanma ilə olmalıdır”.


Aygün Musayeva