Qadınlarda daha çox hansı bədxassəli şişlərə rast gəlinir?
“Medicina” xəbər verir ki, onkodermatoloq Yelizaveta Vasilyeva qadınlarda çox rast gəlinən xərçəng növlərindən danışıb və profilaktika yollarını açıqlayıb.
“Statistikaya görə, dünyada qadınların çoxu süd vəzi xərçəngindən əziyyət çəkir. Bu xərçənn istənilən yaşda, daha çox 40 yaşdan yuxarı istənilən qadında görülə bilər.
Süd vəzi xərçəngi hormonal disbalans, estradiolun dəyişməsi, genetik səbəblərdəndir.
Yaşlandıqca bəzi qadınlarda progesteron və estradiol artır, bu da vəz toxumalarında törəmələr yaradır.
Genetik olaraq DNT-də BRCA1 və 2 mutasiyaları olanlarda süd vəzi və yumurtalıq xərçəngi riski artır.
Digər xərçəng dəri xərçəngi – melanomadır.
Dəri xərçəngi növləri içində 4% melanoma təşkil edir, amma o ən aqressividir. Çox sürətlə metastaz verir və qadınlarda çox rast gəlinir.
Bunun səbəbi ultrabənövşəyi şüalara çox məruz qalma, solyariy, şellak, pilinqlər, lazer epilyasiyası, dəridə kimyəvi təsirlərin çox olmasıdır.
3-cü yerdə endometrium xərçəngi tutur. Bunun səbəbi yaşlanma, anovulyasiya, endometrioz, miomalar və estrogen hormonudur.
Uşaqlıq xərçəngi daha çox 60 yaşdan sonra aktivləşə bilər.
Hər 3 növə qarşı hər il mammoloq, USM, dermatoloq, ginekoloq müayinələrindən keçməj və diaqnoz olunmaq lazımdır”.
Aygün Musayeva