Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadınlarda az bilinən 6 erogen nöqtə - Alimlərdən yeni araşdırma

  • 2019.01.10 00:07
  • 47348 Baxış
Qadınlarda az bilinən 6 erogen nöqtə -  Alimlərdən yeni araşdırma

Cinsi əlaqədən əvvəl dodaqları, boynu və sinəni qıcıqlandırmaq cinsi istəyi artırır. Bəs bu bölgələrə, yenilərini də əlavə etmək necə olardı? 


Medicina.az xəbər verir ki, bu sahənin mütəxəssisləri daha az tanınan erogen bölgələrlə bağlı maraqlı araşdırma edib. Onlar 6 nahiyəni də bu sahəyə daxil edib.


Baş


Partnyorunuzun stressini atması üçün saçlarını və baş dərisini masaj etmək yaxşı üsuldur. Mütəxəssislər deyir ki, divanda oturarkən qadının başını qucağına alıb yüngülcə masaj etmək onda cinsi istək yaradır.


Əllər


Bu təəccüblü gələ bilər, amma əllərimiz həssas sinir ucluqları ilə zəngin olduğu üçün erogen nöqtə sayılır. Partnyorunuzla göz təması qurarkən əlindən tutaraq yavaşca dodaqlarınıza yaxınlaşdırın. Daha sonra baş barmağını yüngülcə sorun. Bu erotik hərəkət onu başdan çıxaracaq.


Köprücük sümüyü 


Körpücük sümüyünün yerləşdiyi bölgə çox həssasdır. Köprücük sümüyünün üstündəki boşluqlar akupunktur nöqtələridir və vücudun yumşalaraq zövq almasını təmin edir. 


Belin alt hissəsi


Ən hassas bölgələrdən biri olan belin aşağı hissəsinin oxşanması orqanizmə çox güclü zövq siqnalları yayır. Bu nahiyəni önsevişmə üçün tətbiq etməyə dəyər. 


Dirsəklərin iç hissəsi 


Bu incə dərili bölgə çox hassasdır. Partnyorunuzla romantik bir yemək yeyərkən barmağınızla bu hissəyə toxunun və qarşınızdakına irəliləyən saatlarda onu nələrin gözlədiyinə dair bir ismarıc verin. 


Göbək dəliyi


Göbək deliyini pelvis bölgəsinə bağlayan sinir sayəsində bu bölgəyə edilən  təmas klitorun yumşalmasını təmin edir. Buna görə də partnyorunuzun göbək dəliyi çəvrəsində dilinizi gəzdirib ardından göbək dəliyini yavaşca oynadın. 


Medicina.az