Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadınlarda ayaqda ağrılar menopauzadan ola bilər

  • 2023.08.15 20:57
  • 2790 Baxış
Qadınlarda ayaqda ağrılar menopauzadan  ola bilər

Ayaqlarda problemlər qadınlarda daha çox yaşla bağlı, menopauza dövründə artır.

“Medicina” xəbər verir ki, ginekoloq Tatyana Koledeva menopauza dövründə qadınlar dərinin və dabanların dərisinin quruduğunu, çatladığını, ayaqlarda narahatlıq, göyərmə və ağırlıq hiss etdiyini bildirib.

“Bu ona görə baş verir ki, qadın orqanizmində nəmi qoruyub saxlayan estrogen hormonu azalır. Xüsusən diabeti olan qadınlar ayaqlarına nəzarəti artırmalıdır.

Digər problem dabanın arxasında ağrıların olmasıdır. Artıq çəkisi olanlarda bu problem daha çox qabarır. Çünki vətər və bağlarda da quruma və dartınma baş verir.

Menopauza dövründə olan qadınlar hündürbadandan uzaq qaçmalıdır, çünki pəncədə dəyişikliklər ola bilər və sümüklər artıq əvvəlki kimi elastik deyil.

Amortizasiya funksiyası azalır.

Məhz bu dövrdə baş barmaq yanında bursit – yumru şişkinlik əmələ gəlir. Bəzəb bu artritin əlamətidir”.



Aygün Musayeva