Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadınlara seksdən imtina etməyə icazə verilir

  • 2022.10.17 15:22
  • 1804 Baxış
Qadınlara seksdən imtina etməyə icazə verilir

Alimlər seksdən imtinanın qadın orqanizmi üçün zərərli olması barədə elmi sübut tapa bilməyib.
Əsrlərdir hətta həkimlərin belə irəli sürdüyü hipoteza mif çıxdı.


"Medicina" xəbər verir ki, ginekoloq Yuriy Çuşkov bu nəzəriyyənin heç bir elmi sübutu olmadığını bildirib.

Cinsi akt zamanı vaginal divar, damar və sinir uclarına təzyiq olur. Nəzəri olaraq bu tonusu qorumaq üçün yaxşıdır. Ona görə ginekoloqlar müntəzəm intim əlaqəni tövsiyə edir.

Amma əgər qadının heç bir intim həyatı olmadıqda onun fiziki və psixi sağlamlığı ziyan çəkir və ya məhv olur deyə bir şey yoxdur.

Seks daha çox psixi və sevgi münasibətləri üçün lazımdır.

Ailələrdə intim münasibət qaydasında olmayanda kişi qadın arasında bağlılıq itir.

Ona görə qadın istəyərsə intim əlaqə ilə məşğul ola bilər. Gərək bilmirsə, sırf sağlamlıq üçün buna razılaşmaya bilər.
Çünki seksdən imtina onun sağlamlığını məhv etmir.

Aygün Musayeva