Qadınların erkən klimaks keçirməkləri həyatlarında bəzi sıxıntılara yol açır. Türkiyəli ginekoloq Başak Öndeş bu mərhələnən tez başlanmasının səbəblərini izah edib.
Medicina.az xəbər verir ki, o, siqaret çəkən qadınların erkən klimaks keçirdiklərini bildirib. Onun sözlərinə görə, siqaretdən istifadə edənlər 2 il daha erkən klimaks dövrünə daxil ola bilərlər. "Depressiya, ürək xəstəlikləri, piylənmə, damar tutulmas; erkən klimaksa təsir edən faktorlardandır. Siqaret də bu kateqoriyanın başında dayanır”.
Nəzərinizə çatdıraq ki, menstruasiyanın zamanında olmaması, anidən istiliyin gəlməsi, həddindən çox tərləmək qadınların klimaks dövrünün əsas əlamətləridir.