Cinsi münasibətlərdə hamiləlik, zöhrəvi infeksiyalar, xəstəliklərdən hər iki tərəfi qoruyan güvənli qoruyucular təkcə kişilər üçün mövcud deyil. Qadınların da istifadə edəcəyi bu tip vasitələr var.
Kondom adlanan bu prezervativ 9-18 sm arasında dəyişən bir məhsuldur.
Medicina.az qadın prezervativlərinin istifadə qaydaları və üstünlüklərini təqdim edir:
Bu prezervativ daha qalın olduğundan etibarlıdır.
Hamiləliyə qarşı həblərdən fərqli olaraq metobolizmi, hormonal balansı pozmur, çəki artırmır, mədə rahatsızlığı vermir. Eləcə də asanlıqla taxılıb çıxarıldığı, cırılmadığı üçün, kişilərin prezervativdən imtina edəcəyi təqdirdə qadını qoruması üçün ideal seçimdir.
Necə istifadə olunur:
Qutusunda nazik şəkildə olur. Qutu hermetik olmalıdır, qutudan çıxarıb baxıb, sonra yerinə qoyub, kiməsə vermək, satmaq olmaz.
Prezervativdə həm xaricdə, həm içəridə 2 ədəd olmaqla halqa şəklində giriş yeri olur. Halqadan böyük olanı vaginanın çölündə qalmaq şərtilə baş barmaqların arasına alınıb, kiçik halqadan içəri yerləşdirilir.
Bu məhsulun istifadəsi barədə youtube-da tanıtım videoları var.
Qadınlar prezervativi seçərkən markanın, firmanın orijinallığına fikir verməli, ucuzdur deyə bəlli olmayan markaları almamalı, keyfiyyətlisini seçməlidir.
Qadın kandomları kişi prezervativindən ölçücə böyük olduğu üçün spermanın vagina ilə təmasını və uşaqlığa keçmə riskini sıfıra endirir, hər iki tərəfin cinsi həzzinə və əlaqənin effektivliyinə xələl gətirmir. Nə kişi, nə də qadına discomfort yaratmır.