Amerika Onkoloji birliyinin üzvləri son zamanlar geniş yayılan süd vəzi xərçəngindən uzaq olmaq və qorunmaq yollarından birinin çəki atmaq, arıqlamaq olduğunu elan edib.
Medicina.az xəbər verir ki, alimlər 180 min nəfər 50 yaş yuxarı qadınlar üzərində bir neçə illik tədqiqat aparıblar. Onların çəkiləri il ərzində 3 dəfə yoxlanılıb. Tədqiqatın sonunda nə qədər qadının süd vəzi xərçəngi olması təyin edilib.
Məlum olub ki, arıqlayan və stabil çəkidə qalan qadınlarda süd vəz xərçəngi az rast gəlinirdi, nəinki yuxarı çəkili və çəkisi azalmayanlarda.
Belə ki, 3-5 kq arıqlayan qadınlarda xərçəng 13% az rast gəlinmişdi.
Çəkinin 5-9 kq azalması isə riski 16% azaldıb.
10 kq-dan çox arıqlayanlarda isə bu risk 26% ə enib.