Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadınlar niyə idman etmək istəmir? – Gözlənilməz səbəb

  • 2023.07.04 18:04
  • 1290 Baxış
Qadınlar niyə idman etmək istəmir?     –  Gözlənilməz səbəb
Bir çox qadın qəribə olsa da düzgün büstqalter və idman forması tapa bilmədiyi üçün idmandan imtina edir.


“Medicina” xəbər verir ki, təkcə vaxt azlığı və ya yorğunluq qadınların idmanla məşğul olmasına mane olmur.

Sorğunun nəticələrinə görə, Böyük Britaniyada demək olar ki, hər beş qadından biri sinə ağrısı və gərgin məşqlər zamanı yaranan yöndəmsizliyə görə fiziki fəaliyyətdən imtina edir.

Yeri gəlmişkən, britaniyalı qadınlar Avropanın ən kök qarınları arasındadır və piylənmə səbəbindən tarixdə valideynlərindən əvvəl ölən ilk nəsil olmaq riski daşıyırlar.

Elmi araşdırmada 18-64 yaş arası 239 qadın iştirak edib. Onlar fiziki fəaliyyətləri və idmanla ilə bağlı bir çox sualları cavablandırıblar.

Respondentlərin əksəriyyəti gözlənildiyi kimi motivasiya və vaxt çatışmazlığını səbəb kimi göstərib. Bununla belə, dördüncü yerdə narahat büstqalterlər olub.

Alimlər məşq üçün dəbli modelləri deyil, rahat olanları geyinməyi məsləhət görürlər. Xüsusilə məşq üçün idman büstqalteri almaq yaxşıdır.


Aynurə Məmmədova