Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadınlar ildə 1 dəfə hansı müayinələrdən keçməlidir – Çek-ap SİYAHISI

  • 2021.11.06 17:49
  • 2392 Baxış
Qadınlar ildə 1 dəfə hansı müayinələrdən keçməlidir  – Çek-ap SİYAHISI


Qadınlar 30 yaşdan sonra müəyyən xəstəliklər riskinə daxil olur. Bunlar süd vəzi, uşaqlıq yolu xərçəngi, diabet və hormonal xəstəliklərdir.

Hər bir qadın profilaktik olaraq ildə 1 dəfə qadın çek-apından keçməlidir.

Bu müayinələrə nələr daxildir.

Medicina.az xəbər verir ki, qadınlar 18 yaşdan başlayaraq, 6 aydan bir ginekoloq, ildə 1 dəfə mammoloq və endokrinoloq qəbulunda olmalıdır.

Eləcə də stomatoloq – ağız boşluğu, dişlərin vəziyyəti və nevroloq- sinir sistemini müayinə vacibdir.

33-35 yaşdan sonra mütləq ildə bir dəfə:

- kardioloq – ürəyin müayinəsi

- Endokrinoloq –hormonal status və diabet üçün
- Oftalmoloq – göz dibi və gözlərdə dəyişiklik

- Qastroenteroloq – mədə-bağırsaq

Bu həkimlərdən tibbi sığorta xətti, illik dispanserizasiya – poliklinikalarda məcburi dövrü yoxmalar zamanı və ya özəl klinikalarda şəxsi təşəbbüslə keçmək olar

Hansı analizlər mütləqdir:

- Ümumi və biokimyəvi analiz
- Sidiyin analizi

- Ginekoloji yaxma əkilməsi
- Uşaqlıq boynundan sitoloji analiz
- Vitamin D, ferritin analizi

- Bəzi mineral, vitaminlər analizi
- TSH, T3, T4 analizi

- USM – süd vəzi, ginekoloji, qalxanvari vəz
- Kardioqramma, EXQ

- Ağ ciyərlərin rentgeni
- Ayaq venalarının dopleri

Bu müayinələr orqanizmdə dəyişiklikləri göstərir, xəstəliklərin qarşısını almağa yardımçı olur. Xüsusilə yumurtalıq, uşaqlıq və uşaqlıq boynu, zob və süd vəzi xərçənginə qarşı daim diqqətli olmalısız.